“Azərbaycan KİV rəhbərlərinin Rusiyaya səfəri ölkələrimiz arasında dialoqun inkişafına xidmət edir”
Tarix: 05.07.2019 | Saat: 17:53:00 | E-mail | Çapa göndər


Mariya Suvorovskaya: “Dövlətlərimizin media nümayəndələrinin dostluğu müxtəlif əməkdaşlıq üçün yeni üfüqlər açan dəyərli ictimai diplomatiyadır”


Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçiləri Rusiyada səfərdə olub. Nümayəndə heyəti səfər çərçivəsində Rusiyanın dövlət qurumları, jurnalist təşkilatları və aparıcı KİV-lərin redaksiyalarında görüşlər keçiriblər. Bu görüşlərdə Rusiya-Azərbaycan media əlaqələrinin perspektivləri müzakirə olunub. Məsələ ilə bağlı Rusiyanın “Business-dialog media” nəşriyyat və kommunikasiya qrupunun baş icraçı direktoru, "Russian Business Guide" jurnalının baş redaktoru, ekspert Mariya Suvorovskaya “Palitra”ya bildirib ki, jurnalistlər beynəlxalq əməkdaşlığın formalaşmasında əhəmiyyətli rol oynayırlar: “Azərbaycan KİV rəhbərlərinin Rusiyaya səfəri ölkələrimiz arasında mədəni, informativ dialoqun mövcud olduğunu və inkişaf etdiyini göstərən mühüm hadisədir. Media və humanitar layihələrin işgüzar əlaqələrin inkişafına necə kömək etdiyini görürük. Bizim "Business-dialog media" nəşriyyat və kommunikasiya qrupunun, "Russian Business Guide" jurnalının açılışı, "Moskva-Bakı. kilometrlərlə uzaqdan baxış" və “Moskva-Bakı. Qadın baxışı” sərgiləri bunun təsdiqidir. Bunlar geniş ictimai rezonans doğuraraq Rusiya auditoriyasının Azərbaycana iqtisadi və turist marağının artmasına səbəb oldu. Biz Azərbaycanın Rusiya və digər dövlətlərlə biznes əməkdaşlığına həsr olunan "World Business Guide-Azerbaijan" jurnalının ilk sayını çap etməyə hazırlaşırıq. İnanırıq ki, dövlətlərimizin media nümayəndələrinin dostluğu müxtəlif əməkdaşlıq üçün yeni üfüqlər açan dəyərli ictimai diplomatiyadır”.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşüb
19.01.2020
“Qara Yanvar” Azərbaycanın müstəqilliyinə gedən yolda dönüş nöqtəsi oldu
19.01.2020
Elçin Quliyev İran Sərhəd Qoşunlarının komandanı ilə görüşüb
18.01.2020
Cənubi Qafqaz: regional əməkdaşlıq üçün imkanlar və problemlər
17.01.2020
ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info