Qusarda daha bir Elektron ATS istifadəyə veriləcək
Tarix: 05.07.2019 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


“Aztelekom” MMC-nin Qusar Telekommunikasiya Qovşağının xidməti ərazisində telefon çəkilişi, internetə olan tələbatın keyfiyyətlə ödənilməsi üçün yeni, müasir avadanlıqlar quraşdırılıb.
Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə bildirilib.
Qeyd edilir ki, nəticədə telefon və internet abunəçilərinin sayında ciddi artım baş verib. Belə ki, ötən bir il ərzində Qusar şəhərində və kəndlərində 461 ədəd yeni telefon xətti çəkilib, internet abunəçilərinin sayında 1426 nəfər artım qeydə alınıb.
Həyata keçirilən tədbirlər nəticəsində yaxın zamanlarda indiyədək telefonlaşmayan Qusarın Aşağı-İmamqulu kəndində 160 nömrəlik yeni elektron ATS montaj olunaraq istifadəyə veriləcək. Elektron ATS-ə uzunluğu 4500 metr fiber-optik kabel çəkilir. Qurulan yeni EATS vasitəsilə 1500 metr məsafədə yerləşən qonşu Mucuqoba kəndinə də xidmət göstəriləcək. Gələcəkdə rabitə xidmətlərinə əlavə ehtiyac yaranarsa EATS-in nömrə tutumu 512 nömrəyədək artırılacaq.
Bundan başqa, rayon Mərkəzi Elektron ATS-də 30 nömrəlik, Qayakənd kəndindən Qusar şəhərinə 100 nömrəlik, Samur kəndinə 80 nömrəlik daxili xətt şəbəkəsi tikilib.
Əcəxur kəndinə 1600 metr fiber-optik kabel çəkilərək 32 nömrəlik mini ATS quraşdırılıb istifadəyə verilib, Nəcəfkənd və Yuxarı Kalunxur kəndlərinə 1750 metr fiber-optik kabel çəkilib.
Beləliklə, internet keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə şəhər və kənd Elektron ATS-lərində istismara yararsız köhnə avadanlıqlar müasir tipli JUNİPER avadanlıqları ilə əvəz olunub.
İnternet keyfiyyətinin yaxşılaşdırılması üçün istismara yararsız kabellər, şəhər və kənd elektron ATS-lərindəki generatorlar, daxili xətt şəbəkəsində istismara yararsız olan məftillər yeniləri ilə əvəz olunub.
Şəhər sahəsində ümumilikdə 15 km, kənd sahəsində isə ümumilikdə 21 km məsafədə xəttlər təmir olunub və 461 ədəd yeni dirək basdırılıb.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info