Əbülfəs Qarayev Braziliyanın mədəniyyət məsələləri üzrə katibi ilə görüşüb
Tarix: 06.07.2019 | Saat: 01:19:00 | E-mail | Çapa göndər



Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 5-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Braziliyanın mədəniyyət məsələləri üzrə katibi (nazir) Henerique Pires ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Əbülfəs Qarayev ölkəmizin mədəni irsi haqqında söhbət açıb. Bildirib ki, mədəniyyətimizin daha da inkişaf etdirilməsi və dünyada təbliği dövlətin əsas prioritetlərindən biridir. Bunun üçün müxtəlif layihələr həyata keçirilir, festivallar təşkil olunur.
Nazir iki ölkə arasında əlaqələrə toxunaraq mədəniyyət, xüsusilə musiqi, kino sahəsində əlaqələrin inkişafının böyük perspektivləri olduğunu deyib.
Henerique Pires ölkəmizin zəngin mədəniyyəti ilə bağlı məlumatlı olduğunu bildirib. O, Braziliyada Azərbaycan ədəbiyyatının ən gözəl nümunələrindən biri olan “Əli və Nino” romanının çox sevildiyini, əsərin portuqal dilində artıq ikinci nəşrinin hazırlandığını diqqətə çatdırıb.
Qonaq mədəniyyət sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını qeyd edərək, bu xüsusda qarşılıqlı səfərlərin təşkilinin vacibliyini də vurğulayıb. O, həmçinin Ümumdünya İrs Komitəsinin Bakı sessiyasının dünyada mədəni irsin qorunmasına töhfə verəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info