Sian-Bakı blok qatarının qarşılama mərasimi keçirilib
Tarix: 06.07.2019 | Saat: 11:55:00 | E-mail | Çapa göndər



İyulun 6-da Abşeron Logistika Mərkəzində Sian-Bakı blok qatarının qarşılama mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Sian şəhərinin Xalq hökümətinin vitse-meri Qao Qao, Şansi vilayətinin Kommersiya Departamemtinin direktor müavini Tan Yuntanq iştirak ediblər.
Nazir Ş.Mustafayev Azərbaycan-Çin münasibətlərinin inkişafından danışıb, Prezident İlham Əliyevin 2015-ci ildə Çin Xalq Respublikasına tarixi səfərini qeyd edib. Bu ilin aprelində ölkə başçısı 2-ci “Bir kəmər, bir yol” Forumunda iştirak edib, forum çərçivəsində Azərbaycan və Çin şirkətləri 800 milyon dollarlıq 10 müqavilə imzalayıblar.
“Bu gün blok qatarının Siandan Bakıya gəlməsi əlamətdar hadisədir. Azərbaycan Çinin regionları ilə əlaqələrin genişlənməsinə böyük önəm verir. 2015-ci ildə Prezident İlham Əliyev ilk dəfə məhz Sian şəhərinə səfər edib. Sian şəhəri həm də qədim “İpək yolu”nun başlanğıcı hesab olunur. İki ölkə arasında əlaqələr təkcə nəqliyyat və logistika sahəsində deyil, digər sahələrdə də uğurla inkişaf edir”, - deyə İqtisadiyyat naziri bildirib.
Qeyd edib ki, ilin sonunadək Azərbaycan Çindəki növbəti ticarət evi Şansi vilayətinin mərkəzi Sian şəhərində açılacaq.




 
Bölməyə aid digər xəbərlər
29.01.2020
Bu ilin əvvəlində Bakıya 100 yeni elektrik taksisi gətiriləcək
29.01.2020
Azərbaycanla Türkiyə dəmir yolları yeni razılaşma imzalayıb
29.01.2020
Azərbaycan neftinin bir barreli 63,95 dollara satılır
28.01.2020
Mərkəzi Bank 100 milyon manat cəlb edəcək
28.01.2020
“USE” MMC və AİRA arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info