Dünya Bankı gələcəkdə də Azərbaycanda aqrar sektorun inkişafına dəstək göstərəcək
Tarix: 06.07.2019 | Saat: 12:46:00 | E-mail | Çapa göndər



Əkinçilik Elmi-Tədqiqat İnstitutunda Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molenösun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov ölkəmizdə aqrar sahədə həyata keçirilən layihələr barədə məlumat verib.
Görüşdə Dünya Bankının Azərbaycanın aqrar sektoruna maliyyə dəstəyinin göstərilməsi sahəsində əvəzsiz rolu, “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi layihəsi”nin məqsəd və komponentləri, layihə çərçivəsində Əkinçilik Elmi-Tədqiqat İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülən işlər, innovativ texnologiyaların rəqabətqabiliyyətli məhsul istehsalında rolu və digər məsələlərə toxunulub.
S. Molenös bu illər ərzində aqrar sektorda səmərəli əməkdaşlığa və fəaliyyətə görə Kənd Təsərrüfatı Nazirliyinə təşəkkür edib. O, Dünya Bankının Azərbaycanda kənd təsərrüfatının inkişafında iştirak imkanları və həyata keçirilən layihələrin səmərəliliyi haqqında məlumat verib. S.Molenös təmsil etdiyi qurumun gələcəkdə rəqabətqabiliyyətli məhsul istehsalına təkan verən innovativ texnologiyaların aqrar sektorda tətbiqi və təşviqi istiqamətlərində əməkdaşlığın daha da gücləndirilməsinin, Azərbaycanda həyata keçirilən layihələrin aqrar tədqiqat və təhsil, toxumçuluq sektorunun inkişafı sahəsindəki önəmini vurğulayıb.
Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai bu illər ərzində Dünya Bankının xətti ilə icra olunan layihələrin institutun modernləşdirilməsində, tədqiqat proqramlarının təkmilləşdirilməsində, maddi-texniki bazasının gücləndirilməsindəki rolundan bəhs edib.
Sonra tədbir iştirakçıları Əkinçilik Elmi-Tədqiqat İnstitutunun dənin keyfiyyəti laboratoriyasında, toxum emalı müəssisəsində və digər sahələrdə olublar. Burada Dünya Bankının xətti ilə verilmiş avadanlıqlara baxış keçirilib və aparılan işlərlə tanışlıq olub. Görüş iştirakçıları institutun tədqiqat və sortların inkişafı proqramına göstərilən dəstəyin nəticələrini yüksək qiymətləndiriblər.
Görüşdə Dünya Bankının gələcəkdə də Azərbaycanda aqrar sektorun inkişafına öz dəstəyini göstərəcəyi vurğulanıb.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin rəhbər şəxsləri, həmçinin Dünya Bankının Azərbaycan nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi və digər məsul şəxslər iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
İndiyədək Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 milyon dollar investisiyalar yatırıb
16.07.2019
“Qala Sığorta”nın yığım portfeli genişlənir – RƏSMİ HESABAT
16.07.2019
“Yeni şəhər” kompleksi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib
16.07.2019
Nərimanov rayonunda yeni pilot layihənin icrasına başlanılıb
16.07.2019
Azərbaycan öz məhsullarını daha çox bu ölkələrə ixrac edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info