Prezident: Qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-İtaliya əlaqələri uğurlu əməkdaşlığın gözəl nümunələrindən biridir (Yenilənib)
Tarix: 06.07.2019 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da İtaliyanın Veneto regionunun prezidenti Luka Zayanı və İtaliya nümayəndə heyətinin üzvlərini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib.
Prezident İlham Əliyev Azərbaycan-İtaliya əməkdaşlığının siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə çox uğurla inkişaf etdiyini və ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirdiklərini dedi. Dövlətimizin başçısı bildirdi ki, qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-İtaliya əlaqələri uğurlu əməkdaşlığın gözəl nümunələrindən biridir. Prezident İlham Əliyev ötən il İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfərini bu istiqamətdə atılmış önəmli addımlardan biri kimi dəyərləndirdi. İtaliya şirkətlərinin Azərbaycanda böyük layihələrdəki uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini vurğuladı. Cənub Qaz Dəhlizinin əməkdaşlıq üçün genişmiqyaslı bir layihə olduğunu qeyd edən dövlətimizin başçısı bu layihənin Azərbaycan-İtaliya əlaqələrinə və eyni zamanda, regional əməkdaşlığın inkişafına əsaslı töhfə verdiyini və marşrut boyunca yerləşən ölkələri bir-birinə yaxınlaşdırdığını dedi. Dövlətimizin başçısı İtaliya nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-İtaliya əlaqələrinin daha da inkişaf etdirilməsi üçün önəmli addım olacağını vurğuladı.
Qəbula görə minnətdarlığını bildirən İtaliyanın Veneto regionunun prezidenti Luka Zaya iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından regionlararası əlaqələrin əhəmiyyətini vurğuladı. O, təmsil etdiyi region haqqında dövlətimizin başçısına məlumat verərək əməkdaşlığımızın inkişafı üçün böyük potensialın olduğunu bildirdi. Azərbaycanın İtaliyanın Veneto regionunda yaxşı tanındığını deyən Luka Zaya “Venesiya Biennalesi” Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Azərbaycan pavilyonunun daim böyük maraqla qarşılandığını dedi. O, eyni zamanda, Bakıda keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının önəmini də vurğuladı.
Görüşdə iştirak edən İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Quqlielmo Pikki Azərbaycan ilə İtaliya arasında strateji əlaqələrin mövcudluğunu qeyd edərək ölkələrimizin əməkdaşlığının daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. O, TAP layihəsinin yekunlaşmaq üzrə olduğunu vurğulayaraq Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini bir daha qeyd etdi.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
Hikmət Hacıyev NATO Baş katibinin müavini ilə görüşüb
19.01.2020
“Qara Yanvar” Azərbaycanın müstəqilliyinə gedən yolda dönüş nöqtəsi oldu
19.01.2020
Elçin Quliyev İran Sərhəd Qoşunlarının komandanı ilə görüşüb
18.01.2020
Cənubi Qafqaz: regional əməkdaşlıq üçün imkanlar və problemlər
17.01.2020
ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfər edəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info