Burkina-Faso Azərbaycanla mədəni sahədə əlaqələrin genişləndirilməsində maraqlıdır
Tarix: 06.07.2019 | Saat: 19:44:00 | E-mail | Çapa göndər



Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevlə Burkina-Fasonun B ali təhsil və elmi araşdırmalar naziri Alkasum Maiganın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə Əbülfəs Qarayev qonaqlara ölkəmizdə həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib. Ölkəmizin zəngin mədəni irsindən söz açan nazir dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğını xüsusi vurğulayıb. Nazir Burkina-Fasonun nümayəndə heyətinə UNESKO-nun bu mötəbər tədbirində fəal iştirakına görə təşəkkür edib. O, iki ölkə arasındakı münasibətlərə toxunaraq mədəni əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Burkina-Fasonun nominasiyalarının UNESKO-nun Dünya İrs Siyahısına salınması münasibətilə qonaqları təbrik edib.
Alkasum Maiga Azərbaycanın UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb. Nazir iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsində, qarşılıqlı musiqi qruplarının çıxışlarının təşkilində, film həftələrinin keçirilməsində maraqlı olduqlarını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
24.07.2019
Musiqili Teatrın balet truppası Dədə Qorqud Festivalında iştirak edir
24.07.2019
Latviyanın ictimai televiziyasında Azərbaycana həsr olunmuş veriliş yayımlanıb
23.07.2019
Camal Əliyev Böyük Britaniyada konsert proqramı ilə çıxış edəcək
23.07.2019
Nizami Gəncəvinin “Xosrov və Şirin” poeması Türkiyədə nəşr olunub
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info