Bakıda böyük İpək Yolunun Ümumdünya İrs Siyahısına salınmasının 5-ci ildönümünə həsr olunan sərgi
Tarix: 06.07.2019 | Saat: 20:41:00 | E-mail | Çapa göndər


UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində iyulun 6-da Bakı Konqres Mərkəzində böyük İpək Yolunun tarixi və mədəni irsinin qorunub saxlanılması ilə bağlı fotosərgi açılıb.
Trend-in məlumatına görə, Çin Xalq Respublikası tərəfindən təşkil olunan sərgi qədim İpək Yolunun Ümumdünya İrs Siyahısına salınmasının 5-ci ildönümünə həsr edilib.
Tədbirdə Çin Xalq Respublikasının Mədəni İrsin Qorunması üzrə Dövlət İdarəsinin rəhbəri Lyu Yoycoy Azərbaycanın UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb. O, Bakıda müzakirə olunan məsələlərin dünya mədəni irsinin qorunması baxımından böyük əhəmiyyət daşıdığını bildirib.
Fotosərginin əhəmiyyətindən danışan Lyu Yoycoy deyib ki, əsas məqsəd İpək Yolu üzərində yerləşən ölkələrin tarixi-mədəni irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsidir.
Digər çıxış edənlər bu sərgini böyük İpək Yolu üzərində yerləşən ölkələrin tarixi və mədəni irsinin təşviqi baxımından yüksək dəyərləndiriblər.
Eyni zamanda, bildirilib ki, iki minillik ərzində Qərblə Şərqi birləşdirən böyük İpək Yolu öz tarixi əhəmiyyətini yenidən bərpa etməklə 1000 il bundan əvvəl olduğu kimi, yenə də müxtəlif mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynayır.
Sərgidə Çinin tarixi və müasir inkişafını əks etdirən 100-ə yaxın əsər nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info