Azərbaycan və ABŞ yığmaları arasında yoldaşlıq görüşü keçirilib
Tarix: 06.07.2019 | Saat: 20:43:00 | E-mail | Çapa göndər



Azərbaycanın gənclərdən ibarət sərbəst güləş üzrə yığması Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir.

Azərbaycan Güləş Federasiyasından (AGF) AZƏRTAC-a bildiriblər ki, millimiz iyulun 3-dən Bakıda olan ABŞ-ın müvafiq komandası ilə birgə hazırlıq keçir. İyulun 6-da tərəflərin razılığına əsasən təlim-məşq bazasında komandalar arasında yoldaşlıq görüşü olub.
AGF-nın rəhbər şəxslərinin canlı izlədiyi, beynəlxalq dərəcəli hakimlərimizin idarə etdiyi qarşılaşmalar kifayət qədər maraqlı mübarizə şəraitində keçib. Yekunda yığmamız 12:2 hesablı qələbəyə sevinib.
Qonaq komandanın baş məşqçisi, Olimpiya çempionu Con Peterson AGF-nin rəsmi saytına açıqlama verib: “Bir neçə gündür ki, Bakıda yığmanızla birgə toplanış keçiririk. Bizim güləşçilər burada pəhləvanlarınızdan çox şey öyrənir. Bu baxımdan təlim-məşq toplanışından çox razıyam. Bu, Bakıya ilk səfərim deyil. Hələ SSRİ dövründə Azərbaycanda olmuşdum. 2007-ci ildə Bakıda keçirilən dünya çempionatı zamanı da ölkənizə səfər etmişdim. Onu deyə bilərəm ki, insanlarınız əvvəl necə qonaqpərvər idisə, indi də elədir”.




 
Bölməyə aid digər xəbərlər
20.01.2020
Millimiz “Qran-pri”də 4 qızıl, 2 gümüş, 1 bürünc medal qazanıb
20.01.2020
Yeniyetmə və gənc karateçilərimiz Xorvatiyada 10 medal qazanıblar
19.01.2020
PSJ Edinson Kavanini 10 milyon avroya satmayıb
19.01.2020
PSJ Neymarla danışıqları bərpa etdi
19.01.2020
Makqreqordan 40-cı saniyədə nokaut

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11435

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 Ermənilərin “Arsax” yalanı
3 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib
4 Azərbaycanın turizm sektoru nümayəndələrinin etik kodeksi hazırlanıb
5 “Tufandağ“ yerli əhali ilə yanaşı, xarici turistlərin də sevimli istirahət məkanına çevrilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info