ATƏT PA-nın iclasında Azərbaycan nümayəndə heyətinin təklif etdiyi düzəliş qəbul olunub
Tarix: 06.07.2019 | Saat: 20:53:00 | E-mail | Çapa göndər



Lüksemburqda İsveçrə nümayəndə heyətinin başçısı Marqareta Kiner Nellenin sədrliyi ilə dünən işə başlamış ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin iclası davam edir. AZƏRTAC-ın xəbər verdiyi kimi, iclasda Azərbaycan qanunverici orqanının nümayəndə heyətinin başçısı, Milli Məclisin sədr müavini Bahar Muradovanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Komitə üzvlərinin mühakiməsinə Kiprdən olan deputat Kiriakos Hadjiyanninin hazırladığı və təklif etdiyi qətnamə layihəsi çıxarılıb.
Müzakirələrdə çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişiyev deyib ki, Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və Azərbaycan icmaları Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri hüdudlarında birgə yaşaya bilərlər və yaşamalıdırlar. Bu, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin 20 faizinin işğaldan azad edilməsindən sonra mümkündür. Mirkişilinin sözlərinə görə, işğal faktı və etnik təmizləmə siyasəti beynəlxalq hüquqa ziddir və insan hüquqlarını pozur.
Azərbaycan nümayəndə heyətinin başçısı Bahar Muradova münaqişə zonası ilə bağlı 33-cü maddəyə 15-ci düzəlişi etməyi və təkcə münaqişə zonalarında deyil, həmçinin münaqişələrdən və doğma torpaqlarının işğalından əziyyət çəkən şəxslərin nəzərə alınmasını təklif edib. İclasın sədri və layihənin müəllifi, habelə deputatların iştirakı ilə ardıcıl davam edən məsləhətləşmələrin gedişində və Azərbaycan nümayəndə heyətinin başçısının inandırıcı əsaslandırması nəticəsində konsensus əldə edilib.Bundan sonra B.Muradovanın qətnamə layihəsinə təklif etdiyi düzəliş səsverməyə çıxarılıb və yekdilliklə qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info