Azərbaycanda bu günədək 871 488 hektar ərazidə taxıl biçini aparılıb
Tarix: 07.07.2019 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


Respublika ərazisində taxıl biçini davam edir.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bu il Azərbaycan ərazisində 1 009 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 793 hektarı buğda, 331 346,8 hektarı arpa sahəsidir.
İyulun 6-na olan operativ məlumata görə, ölkə ərazisində 871 488 hektar ərazidə taxıl biçini aparılıb, 330 288 hektar ərazidə arpa, 541 200 hektar ərazidə buğda biçini başa çatıb. Ümumilikdə bu günədək ölkə üzrə 2 768 652 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,8 sentner təşkil edir.
Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala və Ağcabədidə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Ağsu ərazisində arpa əkilmiş 16 036 hektar sahənin 15 830 hektarı artıq biçilib, buğda əkilmiş 20 039 hektar sahənin 17 840 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 31 s/ha, buğda üzrə məhsuldarlıq 32,6 s/ha təşkil edir. Şəki ərazisində arpa əkilmiş 21 626,3 hektar sahənin 21 580 hektarı artıq biçilib, buğda əkilmiş 45 962 hektar sahənin 38930 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 34,3 s/ha, buğda üzrə məhsuldarlıq 33,7 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib
Tural




 
Bölməyə aid digər xəbərlər
29.01.2020
Azərbaycanla Türkiyə dəmir yolları yeni razılaşma imzalayıb
29.01.2020
Azərbaycan neftinin bir barreli 63,95 dollara satılır
28.01.2020
Mərkəzi Bank 100 milyon manat cəlb edəcək
28.01.2020
“USE” MMC və AİRA arasında əməkdaşlıq memorandumu imzalanıb
28.01.2020
AzerTelecom Davosda “Caspian Week 2020” konfransı çərçivəsində Memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info