UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında mühüm qərarlar qəbul olunub
Tarix: 07.07.2019 | Saat: 16:06:00 | E-mail | Çapa göndər



Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESKO-nun Dünya İrs Siyahısına daxil edilib


Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 7-də işini nominasiyaların təqdimatı ilə davam etdirir.
AZƏRTAC xəbər verir ki, tədbiri açan sessiyanın təşkilat komitəsinin sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev ötən 7 günün gərgin müzakirələrlə, qarşılıqlı görüşlərlə və yeni nominasiyaların təqdimatı ilə yadda qaldığını bildirib. Nazir deyib ki, bu gün musiqi ictimaiyyəti çox ağır xəbər alıb. Belə ki, bossa-nova musiqi üslubunun banilərindən biri olan Juan Jilbertu 88 yaşında dünyasını dəyişib. 1931-ci ildə Braziliyada anadan olan gitaraçı, müğənni və bəstəkar Juan Jilbertu hələ yeniyetməlik illərindən mahnı oxumağa başlamışdı. Onun debüt “Chega de Saudade” (1959) albomu bossa-nova üslubunun əsasını qoyan səsyazmalardan biri hesab olunur. Juan Jilbertu dünya musiqisinə böyük töhfələr verib.
Sessiya iştirakçıları Juan Jilbertunun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Günün ilk müzakirəyə çıxarılan nominasiyası Portuqaliyanın Mafra saray ansamblı ilə bağlı olub.
Əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) hesabatı dinlənilib.
Bildirilib ki, 1717-ci ildə inşasına başlanılan bu abidənin tikintisi 1735-ci ildə başa çatıb. Burada Kralın iqamətgahı, kilsə yerləşib. Roma barokko üslubunda inşa olunan bu bina dünya tarixi memarlığının bənzərsiz nümunələrindədir.
Maraqlı müzakirələrdən sonra fayl UNESKO-nun Dünya İrs Siyahısına salınıb.
Yeni fayl Portuqaliya ilə bağlı olub. Bu dəfə sessiya iştirakçıları bu ölkənin şimalında yerləşən və 600 il yaşı olan “Bom Jesus do Monte” (“Dağların xeyirxah İsası”) ziyarətgahı ilə bağlı nominasiyanı müzakirə ediblər. Bildirilib ki, ərazidə 20 ildir konservasiya və bərpa işləri aparılır. Müzakirələrin nəticəsi olaraq ziyarətgah Dünya İrs Siyahısına daxil edilib.
Növbəti nominasiya Qədim Pskov abidələri ilə bağlı olub. Məlumat verilib ki, Pskov şəhəri Rusiyanın şimal-qərbində yerləşir. Təqdim olunan nominasiya 18 elementi özündə əks etdirir.
Sonra İspaniyanın “Risko-Raydo mədəni landşaftı və Ban Kanariya müqəddəs dağları” faylı ilə bağlı hesabat dinlənilib. Bildirilib ki, bu ərazi Kanar adalarında yerləşir və burada vulkanik süxurlar mövcuddur. Ərazi 9 hektar sahəni əhatə edir. Özünəməxsusluğu ilə seçilən bu ərazi ispan mədəniyyətinin bir hissəsi də hesab edilə bilər. Bu ərazi arxeoloji sahələri və qayalıqları əhatə edir. Müzakirələrdən sonra bu nominasiya da Dünya İrs Siyahısına salınıb.

Növbəti nominasiya Böyük Britaniyanın Codrel Radioastroloji Rəsədxanası (Jodrell Bank Observatory) olub. Bildirilib ki, rəsədxana bir neçə teleskopdan ibarətdir və Mançester Universiteti Astrofizika Mərkəzinin bir hissəsidir. Kosmik vasitələrin izlənilməsində fəal iştirak edən bu rəsədxana müzakirələrdən sonra siyahıya salınıb.

Sonra Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı növbəti nominasiya müzakirə edilib.

Əvvəlcə Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının hesabatı dinlənilib. Bildirilib ki, Şəki şəhəri Azərbaycanın şimal-qərbində, Kiş çayının sol sahilində, dəniz səviyyəsindən 700 metr yüksəklikdə, paytaxt Bakı şəhərindən 370 kilometr məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, mərkəzi regionlardan uzaqda – təcrid olunmuş bir məkanda yerləşir.
Qeyd edilib ki, Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.

Hesabatda Şəki ilə bağlı faylın 2017-ci ildə Polşanın Krakov şəhərində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 41-ci sessiyasında ölkəmiz tərəfindən təqdim edilən “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyanın müzakirə olunduğu diqqətə çatdırılıb.

Müzakirələr zamanı Küveyt, Anqola, Çin, Bəhreyn, Braziliya, İndoneziya, Tanzaniya, Tunis, Qırğızıstan, Bosniya və Herseqovina, Uqanda, Norveç, Zimbabve, Burkina-Faso, İspaniya, Qvatemala, Avstraliya bu nominasiyanın Dünya İrs Siyahısına salınmasının vacibliyini vurğulayıb.
Azərbaycanın nümayəndəsi çıxış edərək bildirib ki, nominasiya altı ildir yerli və beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib və əraziyə dəvət olunub. ICOMOS-un tövsiyələrindən irəli gələn məsələlərlə bağlı ciddi işlər görülüb. Yeni idarəetmə strukturu formalaşdırılıb və bir sıra qərarlar qəbul olunub.
Müzakirələrdən sonra “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiya UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb.
Sessiya işini nominasiyaların müzakirələri ilə davam etdirir.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info