“Adamlar və siçanlar” Akademik Rus Dram Teatrının səhnəsində
Tarix: 07.07.2019 | Saat: 16:52:00 | E-mail | Çapa göndər



Əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv “ƏSA” Teatrının hazırladığı “Adamlar və siçanlar” tamaşası Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, tamaşanın ideya müəllifi olan teatrın baş meneceri Nicat Qulam teatrla ədəbiyyatın vəhdətini təşkil etmək naminə tamaşaçılara yeni təklif hazırladıqlarını bildirib. Qeyd olunub ki, “ƏSA” Teatrının Akademik Rus Dram Teatrının səhnəsində nümayiş etdirdiyi “Adamlar və siçanlar” tamaşasına bir bədii kitab gətirən tamaşaçıya bir bilet verilib. “1 kitab - 1 bilet” kampaniyasının məqsədi ədəbiyyatla teatrın “oxucu – tamaşaçı” tandemini formalaşdırmaq, kitabsevərlərin teatra marağını artırmaqla yanaşı, teatr həvəskarlarının mütaliəyə marağını yüksəltməkdir. Bilet əvəzinə verilən kitablar növbəti mövsümdən etibarən mütəmadi olaraq “ƏSA” Teatrının tamaşaçılarına hədiyyə olunacaq.
Qeyd edək ki, tamaşa dünya şöhrətli Amerika yazıçısı, Nobel və Pulitzer mükafatı laureatı Con Steynbekin “Siçanlar və adamlar haqqında” povestinin motivləri əsasında hazırlanıb. İnsanlara mərhəmət, alicənab hisslər, xeyirxahlıq kimi yüksək mənəvi keyfiyyətləri aşılayan tamaşanın premyerası ötən il dekabrın 19-da Akademik Opera və Balet Teatrında ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi ilə reallaşıb. Ölkə ictimaiyyətinin rəğbətlə qarşıladığı “Adamlar və siçanlar” tamaşası bu dəfə fərqli quruluşda hazırlanıb.




 
Bölməyə aid digər xəbərlər
26.10.2020
Qubadlıda 5 mindən çox nadir muzey eksponatı talan edilib -Tarixçi
25.10.2020
Azərbaycan əsgərinə həsr edilən mahnı Türkiyədə təqdim olunub
22.10.2020
Türkiyəli müğənni “Qarabağ türküsü” səsləndirib
21.10.2020
“Geri dönüş” adlı kompozisiya hazırlanıb
20.10.2020
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11799

1 Xudatda əsgər ailələrinə yardım paylanılıb
2 Карен Шахназаров о Карабахе: надо признать, что это бесспорные территории Азербайджана
3 Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
4 Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
5 Qripə qarşı vaksinasiya COVİD-ə yoluxmanın azalmasına təsir göstərməyəcək - TƏBİB


26.10 18:50 Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) və Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında videokonfrans formatında siyasi məsləhətləşmələr keçirilib. XİN-dən Trend-ə verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən Xarici İşlər nazirinin müavini Xələf Xələfov, Latviya tərəfindən isə bu ölkənin Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, siyasi direktoru Yaniş Mazeiks rəhbərlik ediblər. Məsləhətləşmələr zamanı, iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti təhlil olundu və əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıldı. Tərəflər, Azərbaycan və Latviya arasında siyasi dialoqun yüksək səviyyədə olduğundan məmnunluq ifadə etdi. Bu xüsusda, Azərbaycan və Latviya arasında 2017-ci ildə imzalanmış Strateji Tərəfdaşlığın Yaradılması haqqında Bəyannamə xüsusi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirildi. İkitərəfli iqtisadi əməkdaşlığın geniş potensiala malik olduğu qeyd edildi və ikitərəfli iqtisadi-ticari, elmi-texniki və mədəni sahələrdə əlaqələrin təşviqinə dair məsələlərin müzakirəsi və həlli məqsədilə Hökumətlərarası Komissiyanın növbəti 8-ci iclasının 2021-ci ildə keçirilməsinin mümkün olacağına ümid ifadə edildi. Həmçinin, mədəniyyət, elm və təhsil sahələrində əlaqələr müzakirə edildi, bu xüsusda hər il Azərbaycandan çox sayda gənclərin Latviya universitetlərində təhsil almasından məmnunluq bildirildi. Görüşdə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusu ətrafında fikir mübadiləsi aparıldı. Münaqişənin sülh yolu ilə həlli üçün müvafiq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə diqqət çəkildi. X.Xələfov Latviyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə Latviya tərəfinə təşəkkürünü bildirdi. Nazir müavini Latviya tərəfinə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, o cümlədən cari ilin 12-16 iyul tarixlərində Azərbaycan–Ermənistan dövlət sərhədində həyata keçirdiyi hərbi təxribatı və 27 sentyabrda Azərbaycana qarşı növbəti təcavüz aktı barədə məlumat verdi. X.Xələfov Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəsi pozmaqda davam etməsi, münaqişə zonasından uzaqda yerləşən Azərbaycan şəhərlərinin, dinc əhalinin, mülki infrastrukturların məqsədyönlü şəkildə etdiyi raket atəşinə tutması, 27 sentyabrdan başlayaraq, Azərbaycana qarşı yeni təcavüzü nəticəsində 65 mülki şəxsin həyatını itirdiyi və 300-ə yaxın mülki şəxsin yaralandığını həmsöhbətinin diqqətinə çatdırdı. Nazir müavini qeyd etmdi ki, Azərbaycan özünümüdafiə hüququna əsaslanaraq, beynəlxalq tanınmış sərhədləri çərçivəsində Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad olunması üçün hərbi-siyasi tədbirləri davam etdirir. Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərində Azərbaycan silahlı qüvvələrinə qarşı müharibə aparmasına görə məsuliyyət bütövlükdə Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini tam tərk etməyənədək bölgədə dayanıqlı sülh təmin oluna bilməz. Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardı.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info