Futbol üzrə Amerika kuboku: Brazilya çempion oldu
Tarix: 08.07.2019 | Saat: 07:53:00 | E-mail | Çapa göndər



İyulun 7-də Braziliyada keçirilən futbol üzrə Amerika kubokunun final görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, turnirin həlledici görüşündə Braziliya millisi Peru yığmasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş braziliyalıların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmada ilk hesabı Braziliya seçməsi açıb. Matçın 15-ci dəqiqəsində Everton fərqlənib. Birinci hissənin başa çatmasına bir dəqiqə qalmış Peru hesaba tarazlıq gətirib. Hakimin təyin etdiyi 11 metrlik cərimə zərbəsini Xose Paolo dəqiq yerinə yetirib. İlk hissəyə əlavə edilən dəqiqələrdə Braziliyanın oyunçusu Qabriel Jesus komandasını yenidən irəli çıxarıb.
Fasilədən sonra qarşılaşmanın 70-ci dəqiqəsində Braziliya millisinin heyətində fərqlənən Qabriyel Jesus ikinci sarı vərəqəsini alaraq meydanı tərk edib. Buna baxmayaraq Braziliya millisi görüşün 90-cı dəqiqəsində hesab arasındakı fərqi iki topa çatdırıb. Riçarlison 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək oyunda son nöqtəni qoyub.
Beləliklə, Braziliya yığması tarixində doqquzuncu dəfə Amerika kubokunun qalibi olub.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Azərbaycan güləşçiləri Festivalın birinci gününü 4 medalla başa vurublar
21.07.2019
“EYOF Bakı 2019”: Azərbaycanın daha bir güləşçisi qızıl medal qazanıb
21.07.2019
Avropa Gənclər Yay Olimpiya Festivalının ilk qızıl medalını Azərbaycan güləşçisi Fərid Sadıqlı qazanıb
21.07.2019
Azərbaycan gimnastı Dünya Çempionatının gümüş və bürünc medallarını qazanıb
21.07.2019
Azərbaycan təmsilçiləri Avropa Liqasına təyinat alıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info