Bakıda yeni layihənin icrasına başlandı
Tarix: 08.07.2019 | Saat: 09:35:00 | E-mail | Çapa göndər


Artıq 3 gündür kü, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən və pilot layihə kimi seçilən Nərimanov rayonundakı məhəllə və həyətlərdə sakinlərlə maarifləndirici-izahedici görüşlər keçirilir.
Trend-in məlumatına görə, Bakı Şəhər və Nərimanov Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər, könüllülər fəal iştirak etdikləri görüşlərin əsas məqsədi icra edilən yeni layihə barədə vətəndaşlara məlumat verməkdir.
Görüşlərdə qeyd olunub ki, iyul ayının 10-dan etibarən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti ilə birgə paytaxtda həyata keçirilən bu yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsidir.
Bildirilib ki, Avropanın əksər dövlətlərində tullantıların çeşidlənməsi işləri aparılır, bu, təmizlik, ekoloji şəraitin yaxşılaşdırılması və iqtisadi səmərə əldə olunmasına köməklik göstərir: "Düzdür bəzi ölkələrdə, o cümlədən Rusiya, Türkiyə, Gürcüstanda buna nail oluna bilinmədi. Lakin sürətlə inkişaf edən ölkəmizdə biz bu işlərə də nail olacağıq və sakinlərimizi fəal olmağa çağırırıq".
Məlumat verilib ki, rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.
Bu konteynerlər 2 rəngdə - yaşıl və narıncı rəngdədir. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılmalıdır. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər paylanılır. Bütün proses sakinlərə əyani şəkildə izah olunur. Bloklar, həyətlər, binalara izahedici reklamlar yapışdırılır, həmçinin mənzillərə də bukletlər çatdırılır. Təbliğat və izahetmə işlərinin KİV-lərdə də aparılmasına başlanılır.
Bu işin görülməsi şəhərimizin təmiz saxlanılması, gözəlləşməsi, ətraf mühitin və sağlamlığın qorunması, yeni ekoloji, sanitar mədəniyyətin formalaşması və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.
Gələcəkdə bu işlər digər rayonlarda da aparılacaq.
Bakı Şəhər İcra Hakimiyyəti Nərimanov rayon sakinlərini layihənin həyata keçirilməsində fəal olmağa çağırır.




 
Bölməyə aid digər xəbərlər
28.01.2020
Azərbaycanda tələbələr nə qədər təqaüd alır?
26.01.2020
Azərbaycan dövləti bütün şəhid ailələrinə diqqət və qayğı göstərir
25.01.2020
Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 milyard manatı ötüb
25.01.2020
Azərbaycana 20 irimiqyaslı işgüzar tədbir cəlb ediləcək
24.01.2020
Avtomobillərin nömrələrini gizlədən sürücülər 500 manat məbləğində cərimələnib

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info