“Nəsimi-650” kitabının təqdimatı olub
Tarix: 08.07.2019 | Saat: 12:23:00 | E-mail | Çapa göndər


İyulun 6-da Azərbaycan Diasporu İnformasiya Mərkəzinin (ADIM) sədri Azərbaycan Türkiyə Evinin icraçı direktoru Toğrul Allahverdilinin hazırladığı, araşdırmalar və müsahibələrdən ibarət “Nəsimi-650” kitabının təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, kitaba yerli alim və jurnalistlərlə yanaşı Türkiyə, Almaniya, ABŞ tədqiqatçılarının da məqalələri daxil edilib.
Tanınmış ictimai xadimlər, media təmsilçiləri, QHT nümayəndələrinin qatıldığı təqdimat mərasimini giriş sözü ilə açan Toğrul Allahverdili müəllifi olduğu kitabın yazılma zərurəti və nəşri haqqında ətraflı məlumat verib.
O, sözügedən kitabın yazılmasında Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsinə və Nəsiminin 650 illik yubileyinin yüksək səviyyədə keçirilməsinə dair sərəncamının mühüm rol oynadığını vurğulayıb.
T.Allahverdili qeyd edib ki, kitab Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Diasporuna Dəstək Fondunun “Nəsimi ili” ilə bağlı Şamaxı şəhərində təşkil etdiyi “Diaspor Gənclərinin ikinci Yay Düşərgəsi”nin iştirakçılarına təqdim ediləcək.
Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, kitabın redaktoru Aqil Əsədov təmsil etdiyi dövlət qrumu adından Toğrul Allahverdilini təbrik edib. Komitə rəsmisi bildirib ki, Nəsimi irsinin həm xaricdəki soydaşlarımız arasında, həm də dünya miqyasında təbliğ olunması baxımından, bu təşəbbüs böyük əhəmiyyət daşıyır.
Azərbaycan-Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova, Mətbuat Şurasının üzvü Azər Həsrət, ekspertlər Telman İsa, Fatimə Hacıbəyli, xarici ölkələrdən gəlmiş, diaspor sədrləri təqdim olunan kitab haqqında müsbət fikirlər səsləndirərək, onu “Nəsimi ili”nə mühüm töhfə kimi qiymətləndirib.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info