Azərbaycanın mədəni irs nümunələri bəşəri əhəmiyyət daşıyır
Tarix: 08.07.2019 | Saat: 12:58:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqa öz töhfəsini verir, mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşlərini, mədəniyyətləri zənginləşdirir, eyni zamanda, onların ən mütərəqqi baxışlarını əxz edir. Azərbaycan öz mədəni irsi ilə Şərqə nə qədər bağlıdırsa, intellektual potensialı, elmi - mədəni yenilik və texnologiyaları geniş tətbiq etməsi ilə bir o qədər Qərb dünyasına yaxındır. Hazırda Azərbaycan dünyada zəngin milli - mədəni dəyərləri ilə yanaşı, həm də mədəniyyətlərarası ünsiyyət, anlaşma məkanı kimi tanınır. Son illər mədəniyyətlər və sivilizasiyalararası dialoq sahəsində keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin statistikasına və coğrafiyasına diqqət yetirsək aydın şəkildə görərik ki, bu sahədə təşəbbüslərin böyük əksəriyyəti Azərbaycan tərəfdən irəli sürülmüşdür. Ötən müddətdə atılan əməli addımlar, irəli sürülən ideya və təşəbbüslər də bunu deməyə əsas verir.

Mədəni irsin qorunması Azərbaycan ilə UNESCO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Ölkəmiz 1992 - ci ilin iyunundan UNESCO - ya üzv qəbul olunub. 1996 - cı ildə isə UNESCO ilə Azərbaycan arasında əməkdaşlıq sahəsində memorandum imzalanıb. Həmin vaxtdan etibarən BMT - nin elm, təhsil və mədəniyyət üzrə bu nüfuzlu təşkilatı ilə əlaqələrimiz genişlənməkdədir. Azərbaycanın mədəni və təbii irsinin qorunması məsələsi də UNESCO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bakıda UNESKO - nun Ümumdünya İrs Komitəsinin 43 - cü sessiyasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO - nun Ümumdünya İrs Siyahısına daxil edilməsi isə bir daha tariximizə və irsimizə verilən dəyərdir. Çünki “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək qiymətləndirilən tarixi abidədir. Həqiqətən də fəxr etməli fakt ondan ibarətdir ki, Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi - mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidə UNESCO tərəfindən ümumdünya irsi kimi qəbul olunub. Bu da Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfəsidir. Bununla da “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəniyyətinə və tarixinə məxsus olur. Bu maddi - mədəniyyət irsinin Dünya Mədəni İrs Siyahısına daxil edilməsi bizi həm sevindirir, həm də üzərimizə böyük məsuliyyət qoyur. Çünki Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi indən belə bəşəri əhəmiyyət daşıyır. Bu qərara əsasən, “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” beynəlxalq təşkilatların nəzarəti altında olacaq, onun qorunması və inkişaf etdirilməsi bəşəri əhəmiyyət daşıyacaqdır.
Biz inanırıq ki, Azərbaycanın hələ bu siyahıya salınacaq xeyli abidələri var və yəqin ki, yaxın gələcəkdə həmin siyahı milli - mənəvi dəyərlərimizin böyük qismini də özündə əks etdirəcək.
Hikmət Şikarov
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Səttar Mehbalıyev: “Jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb”
22.07.2019
Siyasiləşmiş “media ekspertləri”: onlar kimin maraqlarına xidmət edirlər?
22.07.2019
KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
21.07.2019
Yanes Kosyançiç: Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var
21.07.2019
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə tam hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info