“Diplomatiyanı səfirdən öyrən“
Tarix: 08.07.2019 | Saat: 13:20:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və ATGTİ-nin təşkilati dəstəyi ilə "Diplomatiyanı səfirdən öyrən" adlı layihə çərçivəsində 5 görüş baş tutub. Qeyd edilən görüşlərdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri cənab Kestutis Jankaukas, Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Xuan Rodrigo Labardini Flores, Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Kim Tonq-op, Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez və Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Məhəmməd Adil Embarş qonaq qismində iştirak ediblər.
Keçirilən görüşlərin hər birində ilk növbədə ATGTİ-nin Baş Katibi Ramin Həbibzadə qonaqlara ittifaqın bu günə qədər olan fəaliyyəti və görülən işlər haqqında ətraflı məlumat verib, həmçinin gələcəkdə həyata keçiriləcək tədbirlər müzakirə olunub.
Baş katib Ramin Həbibzadə görüşlər zamanı ali diplomatların hər birini tələbələrə təqdim edərək, layihənin təşkilində Gənclər Fondunun dəstəyi ilə keçirildiyini qeyd edib. O, layihə iştirakçılarını qonaqların nitqinə diqqətlə qulaq asmağa dəvət edib.
Keçirilmiş hər 5 görüşdə diplomatlar öz növbəsində tələbələri salamlayaraq Azərbaycandakı fəaliyyətindən əvvəl müxtəlif ölkələrdə qazandığı iş təcrübəsi haqqında iştirakçılara geniş məlumat verib. Həmçinin bir diplomat kimi qarşılaşdığı çətinlikləri və onların həll yollarının sirlərini bölüşüb. Diplomatlar diplomatik etiket və protokol qaydalarını da tələbələrlə bölüşüblər.
Ali diplomatlar Azərbaycan ilə ikitərəfli münasibətlərin dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulmasından və bir çox sahələri əhatə etməsindən də söz açıblar. Onlar Azərbaycan ilə əməkdaşlıq və dostluq sazişlərinin bağlanmasını ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da inkişaf etməsilə əlaqələndirib. Görüşün sonuna yaxın səfirlər iştirakçıların suallarını cavablandırıb.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info