Moskvada ermənicə “dəli yığıncağı” - Krımı Ermənistana necə birləşdirdilər... (VİDEO)
Tarix: 08.07.2019 | Saat: 13:21:00 | E-mail | Çapa göndər



Ermənilərin torpaqlarımızı, maddi-mədəniyyət abidələrimizi, mətbəximizi, musiqimizi oğurlamaları yenilik deyil. Ancaq lobbiçilikdə oğurluqdan daha artıq ustalaşmış qonşularımızın bizi diaspor işində yamsılamaları sözün açığı, gözlənilməz oldu.
Bir neçə gün öncə Rusiya Erməniləri İttifaqı Moskvada – "Prezident Hotel"də təşkilatın yaradılmasının 20 illiyi ilə bağlı toplantı keçirib. Yığıncağa İttifaqın üzvləri, regionlardakı diaspor qurumlarının təmsilçiləri ilə yanaşı, Rusiya Dövlət Dumasının deputatları, fərqli millətlərdən olan ictimai fəallar dəvət edilib.
Yada salaq ki, aprelin 27-də həmin zalda iş dünyasının tanınan ismi Fizuli Məmmədovun təşkilatçılığı ilə Rusiya Azərbaycanlıları İttifaqı yaradılıb və həmin tədbirə də yerli diaspor qurumlarının üzvləri ilə yanaşı, Rusiya siyasiləri, ictimai fəallar qatılıb.
Ermənilər azərbaycanlıları yamsılamaq işinə o qədər aludə olublar ki, Rusiya Erməniləri İttifaqının prezidenti, milyarder Ara Abramyan özünə aprelin 27-də Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovun dəyirmi masada əyləşdiyi kürsüdə yer seçib. Fikir adamlarından birinin “erməni millət deyil, xəstəlikdir” deyimi necə də dəqiq fikirdir...
Ermənilər Rusiya Azərbaycanlıları İttifaqının yaradılması təşəbbüsü gündəmə gələndən tədirginləşmişdirlər. Bu haqda informasiya yayılandan sonra Rusiya və dünya erməniləri hərəkətə keçərək saxta iddialar və milli psixoloji dəngəsizliklərinə uyğun çıxışlarla sosial şəbəkələrdə boy göstərməyə başlamışdılar. Rusiyada azərbaycanlıların geniş spektrinin təmsil olunduğu yeni, birləşdirici diaspor qurumunun yaradılması erməniləri o qədər rahatsız etmişdi ki, Azərbaycandakı milli azlıqlar arasından separatçı düşüncəli şəxslər axtarır, onların vasitəsilə azərbaycanlıların birlik ideyasına qarşı təxribatlar törətmək istəyirdilər.
Hələlik alınmır... Rusiya Azərbaycanlıları İttifaqının dayaqları sağlam, atdığı addımlar qanun çərçivəsində olduğu üçün ermənilərin bütün cəhdləri boşa çıxır. Yeri gəlmişkən, Rusiyada Azərbaycana qarşı separatçı hərəkətlərə meyllənənlərə də sıra çatacaq – onlar da arxayın olsunlar, ermənilər də...
Haqqında danışdığımız məsələdə ermənilərin haqlı olduğu yeganə məqam Rusiyada güclü Azərbaycan diasporunun yaradılmasından ciddi narahatlıq keçirmələridir. Rəsmi və qeyri-rəsmi statistikaya görə, Rusiya Federasiyasında 2,5-3 milyon azərbaycanlı yaşayır. Aşağı-yuxarı Ermənistanın əhalisi qədər... Üstəlik, Rusiyanın iş dünyasında azərbaycanlıların çox ciddi çəkisi var. Ara Abramyan və erməni diasporuna dəstək verən bir neçə milyarderin iqtisadi özəllikləri Rusiyadakı azərbaycanlı zənginlərin iqtisadi gücünün qarşısında xeyli zəifdir. Həyatları boyu milli davaya maddi dəstək verməyi özlərinə borc bilən ermənilər çox olsa da, onların sayı Rusiyadakı azərbaycanlıların sayının dörddə biri qədər deyil. Azərbaycanlılar ortaya ciddi birlik modeli qoya bilsələr, erməni diasporu say və maddi imkanlar baxımından olsa-olsa Rusiyanı hansısa vilayətindəki Azərbaycan diasporu ilə rəqabət apara bilər.
Bu mənada REİ-nin 20 illik yubiley tədbirini Rusiyanın Prezident Administrasiyasına bağlı “President Hotel”də keçirməsi azərbaycanlılara ayaq uydurmaq görüntüsü üçündür. “Qonşudan qalma dala” ifadəsinin ermənicə necə səsləndiyindən xəbərsizəm, ancaq necə göründüyünə artıq toplantıdakı kadrlardan bələdəm.
Toplantının gedişindən də aydın olur ki, yuxarıda söz açdığımız say məsələsinə ermənilər son dərəcə həssasslıqla yanaşırlar. Çıxışların demək olar ki, hamısında “Rusiyadakı milyonlarla erməni” tarixi vətən Ermənistan uğrunda birliyə çağırılır. “Milyonlarla erməni” ??? Qafqazın 4 milyonluq xırda xaqlının kənarda yaşayan hissəsi üçün “milyonlarla erməni” çox şişirdilmiş deyim olmadı ki? Düşmən olmasalar, gülərdim...
Rusiya ermənilərinin çıxışlarında bir məqam da diqqəti çəkir. Ara Abramyandan federasiya subyektlərindəki erməni diasporularını, elm, iş dünyasını təmsil edənlərə qədər hər kəsin ritorikasında Kremlə İrəvan arasındakı sərinlikdən narahatlıq hiss edilir. Açıq-aydın görünür ki, baş nazir Nikol Paşinyanın Ermənistanı Rusiyanın əyaləti statusundan çıxarmaq cəhdləri Rusiya erməniləri arasında parçalanma yaradıb. Bu səbəbdən də natiqlərin çoxu Rusiyanın Ermənistanın dövlət kimi inkişafında rolunu dönə-dönə vurğulayır, ölkələr arasında isti münasibətləri erməni istiqbalının açarı kimi təqdim edirlər.
Toplantıda erməni məkrinin kulminasiyası Rusiya Federasiyası Prezidentinin Krımdakı daimi nümayəndəsi Georgi Muradyanın dilindən səslənir. O, Krımı “Ermənistana yad olmayan torpaq”, “tarix boyu Qaradaniz Ermənistanı adlanan ərazi” kimi təqdim edir, daha sonra “yanlışlıqla” Krımın Ermənistana birləşdiyini deyir... “Dəli yığıncağı”ndakılar onun xəstə təxəyyülünün məhsulunu alqışlarla qarşılayanda o, “daha dəqiqi, Rusiyaya... Amma Krımın Ermənistana birləşdiyini təsadüfən demədim, indi Freyd nəzəriyyəsinə görə sizə niyəsini izah edəcəm” sözləri ilə erməni həyasızlığının heç bir sərhəd, heç bir hüquq çərçivəsi tanımadığını bir daha sübut edir: “Statistikadan öyrəndim ki, Krım əhalisinin 96 faizi referendumda Rusiyaya birləşməyin lehinə səs verib. Ermənilərin isə 99 faizi bunun tərəfdarı olub. Mən maraqlandım ki, görəsən, həmin 1 faiz kimdir və o, niyə əleyhinə səs verib? O 1 faizi tapdım, soruşdum ki, sən doğrudan da Krımın Bender Ukraynasında qalmasını istəyirsən? Cavab verdi ki, yox, mən Krımın Ermənistana birləşməsini istəyirəm”. Gülüşmə... alqışlar... “Dəli yığıncağı” ifadəsini təsadüfən seçmədim.




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Ermənistan ordusunda daha bir rüsvayçı fakt: məzuniyyətdə olan əsgər hərbi hissəyə dönməkdən imtina edib
23.07.2019
Akar Cefri ilə görüşüb: Türkiyə ABŞ-la birlikdə “təhlükəsiz bölgə” yaradılmasında israr edir
21.07.2019
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info