“Mən azərbaycanlı olmağımdan qürur duyuram”
Tarix: 08.07.2019 | Saat: 13:53:00 | E-mail | Çapa göndər


Cəmilə Məsimova: “Mənə bilik verən müəllimlərə minnətdaram”

Sevindirici haldır ki, bu gün xaricdəki soydaşlarımızın övladları elm və təhsil sahəsində uğurlu nəticələr əldə edirlər. Rusiyanın Orenburq şəhərində yaşayan Cəmilə Məsimova bu baxımdan misal göstərilə bilər. Cəmilə Orenburqda 8 saylı gimnaziyanı əla qiymətlərlə bitirərək Qızıl medala layiq görülüb. Qeyd edək ki, Cəmilə Orenburqdakı Azərbaycan Milli-Mədəni Muxtariyyətinin rəhbəri Yaşar Məsimovun qızıdır.

- Bu uğura nail olduğunuz üçün özünüzü kimə borclu bilirsiz?

- Bu uğura çatmaqda, əsasən, valideynlərimin rolu var. Onlar mənə çox kömək etdilər. Kiçik yaşlarında olanda bağçaya getmədim. Bunun əvəzində, anam mənimlə birlikdə çalışdı. Yəni 6 yaşına qədər yaxşı oxumuşdum. Bütün məktəb illərində ana və atam məni dəstəklədi, mən də onlara çox minnətdaram. Xoşbəxtəm ki, bu insanlar mənim valideynlərimdir.
Mənə bilik verən müəllimlərə də minnətdaram. İmtahanlara ciddi hazırlaşmışam. Ciddi hazırlıq olmadan orta məktəbin buraxılış imtahanını müvəffəqiyyətlə keçmək çox çətin olardı.
Mənim müvəffəqiyyətimdə sinif müəllimim Natalya Şuplyak da böyük rol oynayıb. O, həmişə mənə dəstək verirdi. Məktəbdə çətinlik çəkdiyim zaman ona müraciət edirdim.

-Azərbaycanlı olmağınızla fəxarət hissi keçirirsizmi?

-Bəli, mən azərbaycanlı olmağımdan qürur duyuram. Bir çox məşhur azərbaycanlılar var. Məsələn, mahnılarını çox sevdiyim müğənni və bəstəkar Müslüm Maqomayevi misal göstərə bilərəm. Mən onun bu sözlərini sevirəm: "Azərbaycan mənim atamdır, Rusiya mənim anamdır".
Amma mən də düşünürəm ki, bir şəxsin hansı millətə məxsus olması vacib deyil. Axı, ilk növbədə, biz insanıq. Ən əhəmiyyətlisi yaxşı bir insan olmaqdır!

- Məktəbdə Azərbaycanla bağlı nə kimi təbliğat apara bilirdiz.

-Məktəbimizdə qlobal hadisələr olmadı. Lakin ayrı-ayrı dərslərdə (ictimai araşdırmalarda) mən Azərbaycan mədəniyyəti haqqında danışdım. Məsələn, Azərbaycanda toy adətləri və milli geyimlərin fərqləndirici xüsusiyyətlərindən söhbət açdım.

- Atanıza diaspor işində kömək edə bilirsizmi?

-Bacım və mən Orenburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin açılışında bir mahnı ifa etdik. Həmçinin bu təşkilatın təşkil etdiyi digər tədbirlərdə yaradıcı çıxışlar etmişəm.

- Hansı universitetdə ali təhsil almaq istərdiz?

-Hüquq üzrə təhsil almaq istəyirəm. Düşünürəm ki, hansı universitet olacağı vacib deyil.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
“Gələcəkdə yəhudilik və xristianlıqla bağlı kadrların yetişdirilməsi də nəzərdə tutulur”
17.09.2019
Samir Mustafayev: “İdmanla daha çox məşğul olduqca, ürəkdə olan kiçik kapilyarlar daha yaxşı inkişaf edir”
17.09.2019
Əhalisi 1 milyon olan şəhərdə ən azı 2 insult mərkəzi qurulmalıdır
16.09.2019
Azərbaycan aşiqi Mariya Suvorovskaya “Üzümlüyün yanındakı ev“ adlı yeni kitabını təqdim edəcək
13.09.2019
Prezident təqaüdçüsü Rəşad Azadlı: “Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info