Vüsal Qasımlı diplomatik korpus nümayəndələrinə strateji yol xəritələri barədə təqdimat edib
Tarix: 08.07.2019 | Saat: 14:23:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Birləşmiş Millətlər Təşkilatının Azərbaycan ofisində ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin nümayənədləri ilə görüşüb.
Tədbirdə V.Qasımlı Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyilə uğurla icra olunan strateji yol xəritələri barədə təqdimat edib. İcraçı direktor bildirib ki, strateji yol xəritələrinin monitorinq və qiymətləndirmə nəticələrinin inkişaf partnyorları ilə birgə müzakirə olunması yaxşı idarəetmə və açıq hökümət prinsiplərinə uyğundur: “İİTKM bu yolla həm də donor koordinasiyasının həyata keçirilməsinə tövhə verir. İnkişaf partnyorlarının ölkədə həyata keçirilən islahatlarla yaxından tanış olması texniki dəstək, bacarıqların artırılması, maliyyələşmə və digər məsələlərdə koordinasiyanın güclənməsinə zəmin yaradır. Beləliklə, beynəlxalq təşkilatlarla Azərbaycan hökümət arasında əməkdaşlığın səmərəliliyi artır, daha az resursla daha yüksək nəticələr əldə etmək mümkün olur. Eyni zamanda islahatların dizaynı, həyata keçirilməsi, monitorinqi, qiymətləndirilməsi və kommunikasiyasında qabaqcıl beynəlxalq təcrübənin tətbiq edilməsi üçün də hökümət qurumları və inkişaf partnyorları arasında əməkdaşlığın əhəmiyyəti böyükdür. Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaratdığı Azranking.az portalı dövlətlə beynəlxalq təşkilatlar arasında dialoqu daha da irəli aparıb.” Tədbirin sonunda təqdimat ətrafında müzakirələr olub və Vüsal Qasımlı beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin suallarına cavab verib.

Anar




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
İndiyədək Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 milyon dollar investisiyalar yatırıb
16.07.2019
“Qala Sığorta”nın yığım portfeli genişlənir – RƏSMİ HESABAT
16.07.2019
“Yeni şəhər” kompleksi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib
16.07.2019
Nərimanov rayonunda yeni pilot layihənin icrasına başlanılıb
16.07.2019
Azərbaycan öz məhsullarını daha çox bu ölkələrə ixrac edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info