Mühacirlər arasında yeni dava
Tarix: 08.07.2019 | Saat: 15:09:00 | E-mail | Çapa göndər


Son illər ənənəvi müxalifətin, sözün həqiqi mənasında, başağrısına çevrilmiş bəzi mühacir qruplar elə öz aralarında da gərginliklər yaratmaqda davam edirlər. Müxtəlif illərdə fərqli bəhanə və saxta sənədlərlə ölkədən qaçıb Avropa və ABŞ-a sığınan bu yeni “müxalif” qüvvələrin davası isə heç şübhəsiz ki, qrant üstündədir. Yəni özləri də dəfələrlə bunu etiraf edib, bir-birini ifşa edərək ortaya faktlar qoyublar ki, onların fəaliyyətlərinin böyük bir hissəsi pul qazanmağa, müxtəlif yollarla qrantlar əldə etməyə hesablanıb. “Xalq”, “millət”, “inqilab”, “biz gəlirik” kimi çağırışları, qışqır-bağır, təhqir dolu bəyanatları, statusları, videogörüntüləri isə siyasi şoudan başqa bir şey deyil. Məsələn, ötən ilin son aylarında Məhəmməd Mirzəli ilə Tural Sadıqlı arasında yaranmış narazılıq və söyüş həddinə qədər gəlib çıxan söz davaları buna misal ola bilər. Əlqərəz, bu gün də belə narazılıqların davam etməsi, yeni-yeni sözatmaların meydana çıxması ondan xəbər verir ki, ənənəvi müxalifət kimi, elə bu yeni “qüvvələrin” də fəaliyyəti xalqa, siyasət adına hesablanmayıb... ABŞ-a mühacirət etdikdən sonra oradan gecə-gündüz Azərbaycan xalqına ağıl öyrədən Sevinc Osmanqızının fəaliyyəti onsuz da cəmiyyətimiz tərəfindən təqdir edilmirdi. Son aylarda isə bu adam özünü şişirdərək, guya ən çox təqib və təhqir olunan müxalifətçi jurnalist olduğunu dilə gətirirdi. Belə bir obraz yaratmışdı ki, sanki xaricdəki mühacirlərdən əsas müxalif fiqur budur, ona təzyiqlər var və s. Bəlkə də məhz onun ortaya bu cür yanaşma qoyması oldu ki, digər mühacir, “Oyan” adlı passiv bir təşkilat yaradıb, xaricdə yeyib-yatan biri- Nahid Cəfərov Sevinci tikanlayıb... Sosial şəbəkələr üzərindən anlaşılmayan, siyasi-fəlsəfi çıxışlar etməklə özünü savadlı göstərməyə və bu üsullarla gənclər arasında rəğbət qazanmağa çalışan Nahid Cəfərovun diplomat şərəfinə hansı formada ləkə gətirdiyini zatən xalq gözəl bilir. Sevinc Osmanqızı da boş dayanmayaraq özünün “Facebook”dakı profilində status yazıb ki, guya özünün “möhtəşəm” efiri üstündə müxalifətdə dava gedir. Sanki Sevinc Osmanqızı BBC, CNN və s. kimi nüfuzlu bir telekanallarda efirə çıxır ha! Daha sonra fikrini belə izah edib: “Başa düşmədim, “Facebook”dan, “YouTube”dən sizdə yoxdur? Mən düyməni basıb danışmıram? Siz niyə etməyəsiniz? Əl-qolunuzu mən bağlamışam?! Ən gülməlisi isə Nahid Cəfərovdur. “Oyan”a həftədə bir yox, iki veriliş imkanı vermişəm. Əvvəl şəxsi problemi olub, sonra öz kanalında davam edib. Çox yaxşı. İndi məndən nə istəyir? Heç olmasa, bu qədər aydın etməyin. Məsələn, həftədə bir “etiraz” təşkil etmək olardı. Bu daha inandırıcı görünərdi, komandanı kim veribsə, barıtı çox düşüb”.
Əvvəla, əvvəllər dost, eyni cəbhədə olan iki nəfərin belə bir birinə “gülməli adam”, “sifarişlə işləyən” və s. deyib ittiham etməsi müxalifət adına çox anormal və bir qədər də iyrənc görünür. Özgə vaxtı birlikdən, həmrəylikdən danışıb xalqa ağıl öyrədənlər, əcəba, özləri niyə vahid məxrəcə gələ bilmirlər, mehriban ola bilmirlər?! İkincisi isə Sevinc Osmanqızı statusunda aşkar şəkildə qarşı tərəfə və digər onun üstünə gələn müxalifətçilərə söz atır ki, sifarişlə ona qarşı kampaniya aparırlar, və aydın şəkildə bu hücumu ortaya qoyublar. Bu da ondan xəbərə verir ki, müxalifət daxilində hələ də bir-birinə qarşı inam, etimad, etibar hissi formalaşmayıb. Bir-birinin kölgəsindən belə ehtiyat edən bu adamlar, şəffaf fəaliyyətlərini ortaya qoya bilməyib ifşalarla gündəmə gələnlər xalqın başına keçmək, ölkəyə rəhbərlik etmək iddiasındadırlar. Yəqin təsəvvür edirsiniz ki, efirlərindən Əli Kərimlini əskik etməyən Sevinc Osmanqızının digər mühacir Nahid Cəfərova meydan oxumasından sonra qarşı tərəf və ya digər söz atdığı şəxslər bundan sonra Osmanqızına qarşı nələri edəcəklər. Hələ Qənimət Zahidin bir vaxtlar eyni düşərgədə dost olduğu Qurban Məmmədova ayrıca veriliş həsr edib onu “yıxıb-sürüməsi” kimi başqa proseslər də cərəyan edir. Yəni müxalifətin dərdi ənənəvi müxalifətlə mühacirlər arasında olan gərginlik, mühacirlərlə mühacirlər arasında olan qrant davası deyil, eləcə də köhnələrin hələ də yola gedə bilməməsidir. Yaxın illərdə bu dava-qovğaların bitəcəyi isə real görünmür.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
17.07.2019
STM-də millət vəkili Əli Hüseynli ilə görüş keçirilib
16.07.2019
“MegaFon“ Azərbaycana qarşı təxribata əl atan əməkdaşlarını cəzalandırıb
16.07.2019
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16.07.2019
Gürcüstanın Baş Naziri: Bu, təəssüfdoğurucu insidentdir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info