“İrəli”nin təşəbbüsü olan “Marş İrəli” layihəsi davam edir
Tarix: 08.07.2019 | Saat: 15:17:00 | E-mail | Çapa göndər


"İrəli" İctimai Birliyinin artıq 2-ci dəfədir ki, açıq hava şəraitində keçirdiyi hərbi-vətənpərvərlik düşərgəsi davam edir. “Marş İrəli” layihəsi çərçivəsində iştirakçılar çoxnövçülük üzrə ip dartma, maneəli qaçış, bıçaq atma idman yarışlarında iştirak ediblər. Layihənin növbəti günündə atıcılıq üzrə təlim keçirilib və daha sonra iştirakçılar atış bacarıqlarını sərgiləyiblər. Atıcılıq təliminin ardından layihə iştirakçıları silahla rəftar təlimində iştirak ediblər. Silahla düzgün davranış qaydalarını, silahların təhlükəsizlik texnikalarını, nizamnaməsini öyrəniblər. Layihənin 4-cü günündə iştirakçılar şanlı qələbəmizin qəhrəmanları olan Aprel qaziləri ilə görüşüblər. Görüşdə vətənpərvər gənclik, həqiqi hərbi xidmət və Aprel Zəfəri haqqında müzakirələr aparılıb. Həmçinin layihədə gənclərə hərbiçilər tərəfindən ilkin tibbi yardım təlimi keçirilib. İkin Tibbi Yardım təliminin ardından, komandalar “Nə? Harda? Nə zaman?” intellektual yarışı üzrə öz güclərini sınayıblar.
Qeyd edək ki, "İrəli” İctimai Birliyinin təşəbbüsü ilə 2-10 iyul tarixlərində keçirilən layihədə gender bərabərliyi qorunmaqla 17-25 yaş arasında respublikanın müxtəlif regionlarından müsahibə yolu ilə seçilən gənclər iştirak edir.
"Marş İrəli" layihəsinin ana məqsədi müharibə şəraitində yaşayan dövlətin gənclərinin vətənpərvər ruhda yetişməsinə dəstək verməkdir. Vətənpərvərlik ruhunda böyüyən gəncliyin ərazi bütövlüyümüzün təmin olunmasına və qorunmasına hər an hazır olması və özünü hazır hiss etməsi layihənin qarşıya qoyduğu əsas hədəflərdəndir. Eyni zamanda müharibə şəraitində yaşayan ölkə olaraq gənclərin vətənə, xalqa, millətə bağlılığının artırılması, vətənpərvərlik ruhunun aşılanması, informasiya müharibəsində gənclərin yaxından iştirakının təmin olunması, onların asudə vaxtının səmərəli təşkil edilməsi ilə ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq da layihənin qarşısına qoyduğu əsas hədəflərdən biridir. Layihə Azərbaycan Respublikası Gənclər Fondunun və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2020
Teplovoz maşinistləri üçün ixtisasartırma təliminə start verilib
21.02.2020
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
20.02.2020
IDEA təşkilatının “Bizim həyət” layihəsinə Yevlax şəhəri də qoşulub
20.02.2020
Masallıda “Dini radikalizmlə mübarizədə ictimaiyyətin rolu“ mövzusunda seminar-treninq keçirilib
20.02.2020
Astara rayonunda 2019-cu ilin nəticələri müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 Paşinyanın “tərəqqi” dediyi bank sektoru çökür
2 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
3 Masallı Rayon İcra Hakimiyyətinin başçısının Təzəkənd kəndi ərazisində səyyar görüş-qəbulu keçirilib
4 Sahibkarlara xidmət sahəsində unikal model
5 “Qan ver! Ürəklər döyünsün!“ devizi altında qanvermə aksiyası keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info