“ArmenianReport”: “Ermənistanda yaşayış səviyyəsi Paşinyanın reytinqi ilə bərabər enməkdədir”
Tarix: 08.07.2019 | Saat: 16:45:00 | E-mail | Çapa göndər


“Paşinyan xalqın ümidlərini doğrulda bilmədi. Bu, artıq göz göndədir. Yeni hökumət vaxtilə xalqa vəd etdiyi “islahatlara” xitam verdi”. Bu fikirlər “ArmenianReport” saytıda yer alan məqalədə yer alıb. Qeyd edilir ki, iqtisadi vəziyyətin ağırlaşmasına paralel olaraq baş nazir Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşür. Bildirilir ki, bu gün Ermənistanda baş nazirlə müqayisədə elə də böyük səlahiyyət sahibi olmayan prezident Armen Sarkisyanın reytinqi yüksəlməyə başlayıb. Sayt hesab edir ki, bunun səbəbi 4 il əvvəl Serj Sarkisyanın rəhbərliyi altında ölkə Konstitusiyasına edilən dəyişiklikdir. Sayta görə, bu dəyişiklik prezidenti "İngiltərə kraliçası"na çevirib: “…Bu gün Ermənistanda bütün sahələrdə səlahiyyətləri əlindən alınan ölkə prezidenti, demək olar ki, heç bir şey üçün məsuliyyət daşımır. O, təkcə ölkə parlamentinə keçiriləcək növbəti və növbədənkənar seçkilərin vaxtını təyin edə bilər. Hazırda Ermənistan prezidenti ölkədə hökuməti, nazirləri təyin etmək və ya dəyişdirmək hüququna malik deyil. Ölkənin Silahlı Qüvvələrin yüksək komandanları da artıq hesabatı prezidentə yox, baş nazirə verirlər. Çünki ölkədə ali komandan prezident yox, baş nazirdir. Xalq da Ermənistanda yaşanan iqtisadi çətinliklər, xarici siyasətdəki uğursuzluqlar və orduda çoxsaylı qeyri-döyüş itkiləri üçün məsuliyyəti prezidentin yox, məhz baş nazirin daşıdığını yaxşı başa düşür. Vaxtilə Paşinyanın tərəfdarı olan erməni vətəndaşlarının əksəriyyəti ölkənin gələcəyi və Nikol Paşinyan hökuməti haqqında optimist idi. Lakin, bu ümidlər gerçəkləşmədi və gələcəkdə gerçəkləşəcəyinə də ümidlər yoxdur. Məsələ bundadır ki, Paşinyanın Ermənistanın gələcəyi barədə utopik şüarları real olmayan zəif ritorika səviyyəsindədir. Bu gün ölkədə yaxşı həyat yalnız isti və rahat dövlət qurumlarındadır. Qalanlar üçün isə heç nə dəyişməyib. Erməni xalqı yenə əvvəlki kimi ağır iqtisadi həyat yaşamaqdadır. Bu baxımdan Paşinyanın reytinqinin ötən illə müqayisədə 29 faiz aşağı düşməsi başadüşüləndir. Bu, hələ son deyil. Artıq xalqın dəstəyinin azaldığını, sadə ermənilərin Paşinyana olan inamının itdiyini təkcə baş nazir deyil, onun ətrafı da anlamaqdadır”.
Ona görə də, Paşinyan artıq xalqın güzəranını yaxşılaşdırmaq üçün artıq konkret işə keçməlidir”. Maraqlıdır, Nikol Paşinyan “konkret işə” hansı resursla keçəcək? Xaricdən diləndiyi vəsait hesabınamı? Bu da alınmayacaq. Çünki Paşiynanın erməni diasporu arasında da nüfuzu aşağı düşür.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Ermənistan ordusunda daha bir rüsvayçı fakt: məzuniyyətdə olan əsgər hərbi hissəyə dönməkdən imtina edib
23.07.2019
Akar Cefri ilə görüşüb: Türkiyə ABŞ-la birlikdə “təhlükəsiz bölgə” yaradılmasında israr edir
21.07.2019
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info