Leyla Əliyeva Bakının bir sıra tibb müəssisələrində müalicə alan uşaqlarla görüşüb
Tarix: 08.07.2019 | Saat: 23:05:00 | E-mail | Çapa göndər


İyulun 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtdakı Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasında, Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində, Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda və Talassemiya Mərkəzində olub, burada müalicə alan uşaqlarla görüşüb.
Trend-in məlumatına görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əvvəlcə paytaxtdakı Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanasına gəldi. Məlumat verildi ki, hazırda burada 135 uşaq müalicə alır. Leyla Əliyeva balacaların müalicəsi ilə maraqlandı, xəstəxananın müxtəlif şöbələrində müalicə alan uşaqlara görüşdü, onların valideynləri ilə söhbət etdi. Heydər Əliyev Fondunun vitse-prezidenti balacaların tezliklə sağalmasını arzuladı, onlara hədiyyələr təqdim etdi.

X X X


Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səhiyyə Nazirliyinin Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində oldu.
Burada Heydər Əliyev Fondunun vitse-prezidentinə müalicə olunan uşaqlar, onların reabilitasiya prosesi haqqında məlumat verildi.
Leyla Əliyeva mərkəzdə müalicə olunan uşaqlarla görüşdü, onları müxtəlif hədiyyələrlə sevindirdi.
1971-ci ildə inşa edilən bu mərkəzin, həmçinin cərrahiyyə sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasında da müstəsna xidmətləri var.
Leyla Əliyeva kollektivə uğurlar arzuladı, burada müalicə olunan uşaqlara şəfa dilədi.

X X X


Leyla Əliyeva Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya institutuna gəldi.
Heydər Əliyev Fondunun vitse-prezidentinə institutun fəaliyyəti və burada aparılan müalicə prosesi barədə məlumat verildi. Leyla Əliyeva bu səhiyyə müəssisəsində tətbiq edilən distant təhsil layihəsi ilə də tanış oldu. Səhiyyə və Təhsil nazirliklərinin dəstəyi ilə reallaşan bu layihə burada müalicə olunan məktəbyaşlı uşaqlar üçün distant təhsil almaq imkanı yaradır.
Ölkənin hematologiya və transfuziologiya sahəsi üzrə baş müəssisəsi olan bu müalicə ocağında xəstəliyin diaqnostikasının beynəlxalq standartlara uyğun aparılmasına nail olunub.

X X X


Daha sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Talassemiya Mərkəzində oldu. Heydər Əliyev Fondu talassemiya problemi ilə bağlı çox mühüm tədbirlər görür, bu istiqamətdə ixtisaslaşmış peşəkar kadrların yetişməsi üçün zəruri proqramlar həyata keçirir. Fondun təşəbbüsü ilə yaradılan Talassemiya Mərkəzi bu xəstəlikdən əziyyət çəkən insanların şəfa ocağına çevrilib. Elə mərkəzin yaradılmasında da əsas məqsəd ixtisaslaşdırılmış tibb ocağının və qan bankının təşkili, yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri ilə, eləcə də tibbi xidmətlə təmin olunmasıdır.




 
Bölməyə aid digər xəbərlər
21.02.2020
DTX Neftçala rayonunda vəzifəli şəxslərlə bağlı keçirilən əməliyyat barədə məlumat yayıb
21.02.2020
Azərbaycanda II Beynəlxalq “Kibertəhlükəsizlik həftəsi” keçiriləcək
21.02.2020
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi İsrail səfiri ilə görüşüb
21.02.2020
Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar Dənizli şəhərində silsilə tədbirlər keçiriləcək
21.02.2020
Bakı Şəhər İcra Hakimiyyətində Xocalı faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Münhen dərsi: Prezident bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır!
5 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info