Gürcüstanda qala konsertə Azərbaycandan da iştirakçılar qatılıb
Tarix: 09.07.2019 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


1 iyul tarixində Gürcüstanın Ureki şəhərinin Ureki Mədəniyyət Mərkəzində “Qala Konsert” keçirilib.

Trend-in məlumatına görə, konsertdə Azərbaycan, İran, Türkiyə və Gürcüstandan iştirakçılar qatılıb. İştirakçılar yarışmaya hazırladıqları çıxışları ilk öncə qala konsertində nümayiş ediblər.
3 iyul tarixində isə Batumi şəhərində “Qızıl Ulduz 2019” beynəlxalq incəsənət yarışması keçirilib. Yarışmada Azərbaycan Gənclər İttifaqı və Azərbaycan Rəqs Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan, Türkiyə və İrandan bir neçə iştirakçılar iştirak edib.

Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə yarışmada Azərbaycanda Ağcabədi rayonundan “Qarabağ” rəqs kollektivi, “Buta” rəqs ansamblı və Rauf Hacıyev adına 15 №-li 11lik uşaq musiqi məktəbindən piano üzrə qruplar, Türkiyədən 60 və 70 yaş arası xor qrupu, uşaqlardan ibarət fortepiano üzrə qruplar və solo iştirakçılar iştirak edib. Bununla yanaşı İrandan da fortepiano üzrə bir neçə qruplar iştirak edib.

Yarışmada Azərbaycandan iştirak edən qruplar Grand Prix və Birinci yer əldə ediblər. Aşağıda yerlərin siyahısı verilib:
Show dance:
1 Yer – Qarabağ rəqs qrupu (Br. Babayeva Nərgiz, Gülşən Səfərova)
Bollywood:
Solo – 1 Yer – Buta Rəqs ansamblı Fərhad Abbasov ( Br. Zaur Qasımov)
Solo – 2 Yer – Əhədli Fatimə ( Br. Yaqubova Gülnarə)
Solo – 3 Yer – Səmədzadə Zərqələm ( Br. Yaqubova Gülnarə)
Duet –3 Yer – Əhədli Fatimə, Səmədzadə Zərqələm ( Br. Yaqubova Gülnarə)
Bədii Qiraət:
Solo – 1 Yer – Fatimə Əhədli ( Br. Nağıyeva Baxiyə)
Duet – 1 Yer – Fatimə Əhədli, Səmədzadə Zərqələm ( Br. Nağıyeva Baxiyə)
Fortepiano:
Solo – 1 Yer – Məmmədova Mənsurə (Br. Abbasova Fəridə)
Solo – 1 Yer – Qasımova Naidə ( Br. Abbasova Fəridə)
Solo – 1 Yer – Cəfərzadə Rüstəm ( Br. Abbasova Fəridə)
Solo – 1 Yer – Cəfərzadə Hüseynağa ( Br. Abbasova Fəridə)
Solo – 1 Yer – Əhədli Fatimə ( Br. Quliyeva Afət)
Solo – 2 Yer – Məmmədova Mənsurə (Br. Abbasova Fəridə)
Duet – Grand Prix – Cəfərzadə Hüseynağa, Əhədli Fatimə ( Br. Abbasova Fəridə, Quliyeva Afət)
Duet – 1 Yer – Qasımova Naidə, Cəfərzadə Hüseynağa ( Br. Abbasova Fəridə)
Duet – 2 Yer – Cəfərzadə Hüseynağa, Məmmədova Mənsurə ( Br. Abbasova Fəridə)




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info