68 dövlət əmlakı özəlləşdirilir
Tarix: 09.07.2019 | Saat: 01:36:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri 6 avqust tarixində keçiriləcək.
Komitədən Trend-ə verilən məlumata görə, iştirak etmək istəyənlər budəfəki hərracda 68 dövlət əmlakı üzrə seçim edə biləcək. Onlardan 36-sı kiçik dövlət müəssisəsi, 10-u qeyri-yaşayış sahəsi, 22-si isə səhmdar cəmiyyətidir.
Özəlləşməyə çıxarılan səhmdar cəmiyyətləri Ağdaş, Zərdab, İsmayıllı və digər regionlarda yerləşir. 30%-45%-lik səhm paketləri hərraca çıxarılan səhmdar cəmiyyətləri nəqliyyat, kənd təsərrüfatı, tikinti və digər sahələr üzrə fəaliyyət göstərir. Onlara “İsmayıllı Təmir Tikinti”, “Salyan Aqrotexservis”, “Cəlilabad Məişət” kimi səhmdar cəmiyyətləri aiddir.
Kiçik dövlət müəssisələrinin ümumi faydalı sahəsi 4 kv.m ilə 2095 kv.m arasındadır. Ticarət və xidmət obyektləri, mehmanxana, sanatoriya və digər dövlət əmlaklarının investorlar üçün gəlirli fəaliyyət imkanları var. Ən yüksək ümumi faydalı sahəsi olan dövlət obyekti Şəmkir rayonu, Keçili kəndində yerləşir. Zavod filialı olan bu obyekt 27 min kv.m-lik torpaq sahəsi ilə birgə özəl
Qeyri-yaşayış sahələrinin isə ümumi faydalı sahəsi 24.3 kv.m ilə 213.7 kv.m arasındadır. Bu dövlət əmlaklarından 4-ü paytaxtda, digərləri isə Sabirabad, Daşkəsən, Sumqayıt kimi şəhər və rayonlarda yerləşir. Gəncə şəhəri, Kəpəz rayonu, Dədə Qorqud küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 54.4 kv.m-dir. Xidmət obyekti və ya ofis kimi istifadəyə uyğun olan dövlət əmlakının ilkin hərrac qiyməti 6 min 300 manatdır.




 
Bölməyə aid digər xəbərlər
29.01.2020
Bu ilin əvvəlində Bakıya 100 yeni elektrik taksisi gətiriləcək
29.01.2020
Azərbaycanla Türkiyə dəmir yolları yeni razılaşma imzalayıb
29.01.2020
Azərbaycan neftinin bir barreli 63,95 dollara satılır
28.01.2020
Mərkəzi Bank 100 milyon manat cəlb edəcək
28.01.2020
“USE” MMC və AİRA arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info