Azərbaycanın qadın rəssamlarının əsərləri Polşada sərgilənib
Tarix: 09.07.2019 | Saat: 05:59:00 | E-mail | Çapa göndər



Polşanın Pruşkuv şəhərində Azərbaycanın qadın rəssamlarının əsərlərindən ibarət sərgi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgi “Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycan rənglərinin ahəngi” adlı layihə çərçivəsində təşkil olunub.
Pruşkuv Şəhər Mədəniyyət və İdman Sarayının rəsm qalereyasında təşkil edilən sərgidə rəssamlardan Nərminə Vəliyeva, Səidə Kəbirlinskaya, Nurgül Əliyeva, Zəhra Məmmədzadə, Əzizə Sadıqova, Leyla Babayeva, Şura Zeynal, Zəhra İldırımzadə və Leyli Musayevanın əsərləri nümayiş olunub.
Rəsmi açılış mərasimində Polşada fəaliyyət göstərən “Fundacja Pokolenia Pokoleniom” qeyri-hökumət təşkilatının sədri Barbara Texmoşenski sərgi haqqında məlumat verib.
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov iki ölkə arasındakı əlaqələrdən söhbət açıb, belə bir mədəniyyət tədbirinin Pruşkuv şəhərində keçirilməsinin təsadüfi olmadığını deyib. O, Bakının Xəzər rayonu ilə Polşanın həmin rayonunun qardaşlaşmış şəhərlər kimi sıx əlaqə saxladığını bildirib, habelə ölkəmizdə rəngkarlıq sənətinin qədim tarixini, nümayiş olunan sərgidə isə müasir Azərbaycan rəssamlarının əsərləri ilə tanış olmaq imkanı yaradıldığını qeyd edib.
“Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetinin dosenti Şəhla Nağıyeva tədbirdə çıxış edərək sərginin təşkilinə Azərbaycan dövlətinin verdiyi dəstəyi, belə mədəniyyət tədbirlərinin xalqlar arasında körpü rolu oynadığını diqqətə çatdırıb.
Tanınmış rəssam Nərminə Vəliyeva sərgilənən rəsm əsərlərinin məziyyətləri, Polşada Azərbaycan rəssamlarının əsərlərinə göstərilən diqqət və maraq barədə danışıb.
Tədbirdə çıxış edən Pruşkuv şəhərinin rəsmiləri bu cür mədəniyyət tədbirlərinin əhəmiyyətindən danışıblar.
Sonra tədbir iştirakçıları Azərbaycanın qadın rəssamlarının əsərləri ilə yaxından tanış olublar. Qonaqlara Azərbaycanın turizm imkanlarını əks etdirən çoxsaylı kitab və broşür paylanıb. Onlar Bakıda polyak memarların inşa etdiyi binalara həsr edilmiş stendə, eləcə də həmin mövzuda kitablara böyük maraq göstəriblər. Sərginin tamaşaçıları ölkəmizin Polşadakı səfirliyi tərəfindən təqdim edilən Azərbaycan paxlavası və nar şirəsinə qonaq edilib.
“Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin sədri Şəhla Nağıyeva bildirib ki, sərginin keçirilməsində məqsəd Azərbaycanın turizm imkanlarını təbliğ etmək, şəhər sakinlərinə bu barədə ətraflı məlumat vermək olub. Ona görə də sərgiyə gələn qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan tarixi və mədəniyyəti mövzusunda nəşrləri, Dövlət Turizm Agentliyinin ölkəmizin turizm imkanlarına dair buklet, kitab və broşürləri, eləcə də Bakıda fəaliyyət göstərmiş polyak əsilli memarlar haqqında kitablar hədiyyə verilib.
Qeyd edək ki, “Sönməz məşəl” Mədəni Əlaqələr İctimai Birliyi oxşar mədəniyyət tədbirlərini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə bundan əvvəl ABŞ, Avstraliya, İtaliya, Almaniya, Macarıstan və digər ölkələrdə təşkil edib.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
“Son nəfəsədək” filmi nümayiş olunub
22.07.2019
‘‘Saraybosnanın Qəlbi“ mükafatı uğrunda 53 film mübarizә aparacaq
21.07.2019
Azərbaycanlı rejissorun üç filmi İtaliyada bir gündə 3 mükafata layiq görülüb
19.07.2019
CinemaPlus-da “Media günü”
19.07.2019
Xatirələr

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info