“Şahdağ” Turizm Mərkəzində 10 mindən çox turist istirahət edib
Tarix: 09.07.2019 | Saat: 13:51:00 | E-mail | Çapa göndər


Yay mövsümü başlayandan “Şahdağ” Turizm Mərkəzinin xidmətlərindən 10 mindən çox turist faydalanıb. Turistlər daha çox paraplanla uçuş, kanat xəttində gəzinti, kvadrasikl sürmək, uşaq macəra parkı kimi əyləncələrdən istifadə ediblər.
Əyləncə-istirahət kompleksləri arasında özünəməxsus xidmətləri ilə seçilən mərkəzdə bu yay mövsümündə də turistlər üçün fərqli istirahət, əyləncə və gözəl təbiətdən zövq almaq imkanı yaradılıb.
Mərkəzin marketinq departamentinin rəhbəri Rauf Cahangirov bildirib ki, yay mövsümü başlayandan kompleksin otellərində 5 mindən çox insan istirahət edib.
Yay günlərində sərin havası və füsunkar təbiəti ilə seçilən “Şahdağ” Turizm Mərkəzində turistlər üçün 20-yə yaxın müxtəlif əyləncə və idman oyunu nəzərdə tutulub. Mərkəzə gələn qonaqlara macəralar parkı, kvadrosikllər, seqvey, zip-layn, trotinnet, bob kart, dağ velosipedi, peyntbol, atla gəzinti və sair xidmətlər təklif olunur. Bu idman növlərindən istifadə etmək üçün təcrübəli təlimatçılar turistlərə kömək edirlər. Burada kiçik yaşlı uşaqların (12 yaşa qədər) nəzarət altında əylənməsi üçün xüsusi qalalar da qurulub.
Mərkəzdə, həmçinin həftəsonu musiqi sədaları altında pikniklər və digər maraqlı əyləncələrin keçirilməsi üçün əlverişli şərait yaradılıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Gələn ildən başlayaraq turistləri ildə iki dəfə kosmosa yollayacaqlar
14.07.2019
Hər il azı 1,4 milyard turist başqa ölkəyə səfər edir
14.07.2019
Şəkidə baş vermiş hadisədə xəsarət alanların əksəriyyətinin vəziyyəti stabildir
13.07.2019
Acarıstan kurortlarında dincəlmək istəyən rusiyalı turistlərin 80 faizi sifarişləri ləğv edib
11.07.2019
İlin birinci yarısında Azərbaycanı 6,5 faiz çox xarici qonaq ziyarət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info