Arman Qukasyan: ”Ermənistanda ən ciddi problem siyasi qeyri-sabitlikdir”
Tarix: 09.07.2019 | Saat: 14:54:00 | E-mail | Çapa göndər


«Rusiya və İranla münasibətlərimizi minimallaşdırmaq məqsədilə, Qərb ölkələri bizi Türkiyə və Azərbaycanla barışa yönəldir». Bunu «Novosti Armenii» saytına danışan erməni ekspert Arman Qukasyanın fikrincə, bir müddət əvvəl Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra ölkədə inkişaf üçün bir neçə ssenari mövcud idi. Bunlardan biri və bəlkə də ən önəmlisi ölkəni sabit və çiçəklənmiş bir dövlət səviyyəsinə çatdırmaq, digəri isə köhnə problemlərlə ölkəni yenidən keçmişə doğru sürükləmək.
Ermənistanın hazırkı durumuna diqqət çəkən Qukasyan bu gün ölkəsinin bir sıra ciddi problemlərlə üzləşə biləcəyini istisna etmir. Onun fikrincə, hazırkı şəraitdə ölkəsindəki ən ciddi problem daxildəki siyasi qeyri-sabitlikdir. Erməni ekspert hakim elitanın populist siyasətini ölkəsinin mövcudluğu üçün ikinci problem kimi qiymətləndirir: «…Bu gün Ermənistan üçün sabiq hakimiyyətin dəyişdirilməsi müəyyən mənada önəm kəsb etsə də, əslində, əsas məsələ yeni bir dövlətin qurulmasıdır. Sual olunur, artıq ikinci ildir ki, hakimiyyətdə olan yeni hökumət bu günə qədər hər hansı bir konstruktiv proqramla çıxış edibmi? Təbii ki, yox! Məhz bu mənada mən hazırda Ermənistanda köhnə rejimin xəstəliklərinin qorunmasını ölkə üçün üçüncü problem kimi görürəm».

Sual olunur, artıq ikinci ildir ki, hakimiyyətdə olan yeni hökumət bu günə qədər hər hansı bir konstruktiv proqramla çıxış edibmi? Təbii ki, yox!

Qukasyana görə, bu gün Ermənistan hakimiyyətində oturanların siması dəyişsə də, lakin əvvəlki hakimiyyətdən miras qalan sistemli problemlər- korrupsiya, sosial təbəqələşmə və s. hələ də qalmaqdadır: «…Mən, şübhə etmirəm ki, ölkədəki hazırkı vəziyyəti dəyişdirmək üçün lazım olan əsas sahələrdən biri və ən başlıcası kadr siyasətidir. İkinci bizim işimiz isə, ilk növbədə, işləyən əhalinin əksəriyyətinin işlədiyi mikro- müəssisələr üçün sabit şərait yaratmaqdır. Bununla yanaşı, biz ölkənin ayrı-ayrı sahələrindəki inkişafa daha çox diqqət ayırmalıyıq».
Maraqlıdır ki, xarici siyasətlə bağlı çoxvektorlu yanaşma haqqında danışan erməni ekspert Rusiya və Qərbin bədnam prinsiplərini təhlükəli aldanma kimi dəyərləndirir: «Rusiya və İranla münasibətlərimizi minimallaşdırmaq məqsədilə, Qərb ölkələri bizi Türkiyə və Azərbaycanla barışa yönəldir».
Ölkəsinin ciddi çətinliklərlə üzləşəcəyini istisna etməyən Qukasyan səlahiyyətlilərə baş verənlərə açıq fikirlə yanaşmalarını məsləhət görür.
A.Babayev




 
Bölməyə aid digər xəbərlər
10.08.2020
Moskvada koronavirusdan ölənlərin sayı 4 585 nəfərə çatıb
09.08.2020
Belarus MSK ilkin nəticələri açıqlayıb
09.08.2020
“Niva“ da dörd nəfər yanıb
09.08.2020
Belarus MSK: Belarusda prezident seçkiləri baş tutub
09.08.2020
Ermənistanda koronavirusa yoluxan daha 6 nəfər ölüb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 İspaniyaya turist axını 70 faizdən çox azalıb
2 Dr. Səttar Yaqubov: Koronovirusla mübarizə aparan Mərkəzi Gömrük Hospitalının tibb personalının sağlamlığının qorunması bizim əsas vəzifə borcumuzdur
3 Statistika sahəsində hesabatlılığın səmərəliliyi artacaq, məlumatlardan istifadə imkanları sadələşəcək
4 Gürcüstanın turizm gəlirləri 80 faiz azalacaq
5 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info