Qəhrəman şəhidlərimiz unudulmur!
Tarix: 09.07.2019 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Həyatda əbədiyaşar olmaq onlara məxsusdur. Bizim qəhrəman şəhidlər bu dünyamızın, həm də o dünyamızın tək gerçəyidir. Bir insana can ən əzizdir, ən şirindir və bəzən canımız ağrıyanda narahat oluruq. Lakin, bu insanlar həyatlarının ən gözəl çağında ən şirin canlarını Vətənə qurban etdilər. Məhz belə şəhidlərimizdən biri də Xalid Hüseynxan oğlu Quliyevdir. O, 10 iyul 1992-ci ildə Xocalı rayonunun Naxçıvanik kəndində şəhid olub. Etdiyi qəhrəmanlıqlar bu gündə danışılır, bu gün də xatırlanır. Elə şəhid olanda da qəhrəmancasına şəhid olub. Naxçıvanik kəndi azad olduqdan sonra ən hündürlükdə Azərbaycan bayrağını məhz Xalid Quliyev sancmışdır. Sonuncu döyüşü Manikli kəndində olub. Kəndi azad etdikdən sonra, xəbər gəlir ki, 3 əsgərimiz mühasirəyə düşüb. Xalid Quliyev dərhal hərbi maşına əyləşərək dostlarının köməyinə yollanır və onları mühasirədən azad edib qayıdanda, yolda minaya düşərək həlak olur. Xatırladaq ki, şəhid Xalid Quliyev əməkdar artist Aybəniz Haşımova ilə ailə qurub. Şəhidimizin yadigarı Aynişan Quliyeva qazandığı nailiyyətlərlə daha da şəhidimizin xatirəsini ucalara qaldırır. Allah Rəhmət Eləsin.

Arzu Bayramova




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info