Azərbaycan gilası Nigeriyaya ixrac edilib
Tarix: 09.07.2019 | Saat: 15:56:00 | E-mail | Çapa göndər


Azərbaycan gilası Nigeriyaya ixrac olunub. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Dövlət Aqrar Ticarət Şirkəti fəaliyyət prinsiplərinə uyğun olaraq, kiçik və orta fermer təsərrüfatı sahibləri ilə əməkdaşlıq edir, məhsulların satışını və ixracını həyata keçirir. Strateji Yol Xəritəsində nəzərdə tutulan müddəalara uyğun olaraq, qeyri-ənənəvi satış bazarlarına yönələn şirkət artıq Birləşmiş Ərəb Əmirlikləri və Nigeriyaya Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracını həyata keçirir. Bu günlərdə Nigeriyaya növbəti belə bir ixrac əməliyyatı baş tutub. Belə ki, şirkətə müraciət edən Xaçmaz rayonunun Manafoba kənd sakini Cabir Ağcabəyovun öz pay torpağında yetişdirdiyi “Napaleon” sortu gilas məhsulu Nigeriyaya ixrac olunub, məhsulun ödənişi isə ona "Fermer kartı" vasitəsilə edilib. Nigeriyaya ixrac edilən Azərbaycan gilası artıq paytaxt Abucanın marketlərində satışa çıxarılıb və yerli əhali tərəfindən maraqla qarşılanıb. Dövlət Aqrar Ticarət Şirkətinin direktoru Leyla Məmmədova ixrac əməliyyatlarının davamlı olacağını bildirib: “Şirkətimizin fəaliyyətə başlamasından bir il ötür. Bu müddət ərzində fəaliyyət məqsədlərimizə uyğun olaraq, kiçik və orta fermer təsərrüfatı sahiblərinin məhsullarının satışına dəstək göstərmiş, onlar üçün yeni satış kanalları yaratmaqla bərabər, məhsulların qablaşdırılmasını həyata keçirmişik. Eyni zamanda, Azərbaycan kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı ilə məşğul olmuşuq, ənənəvi bazarlarla yanaşı, yeni bazarlar axtarışındayıq və bu fəaliyyətimiz uğurla davam edir. Hazırda Dövlət Aqrar Ticarət Şirkəti olaraq Ukrayna, Rusiya, Gürcüstan, Nigeriya, Birləşmiş Ərəb Əmirliklərinə kənd təsərrüfatı məhsullarının ixracını həyata keçiririk. Zaman keçdikcə ixrac etdiyimiz məhsulların həcmi və çeşidi, eyni zamanda, ixrac olunan ölkələrin sayı artmaqda davam edir. Azərbaycan kənd təsərrüfatı məhsullarına xarici ölkələrdə maraq böyükdür, çünki bizim məhsulların dadı və keyfiyyəti digərlərindən üstündür.” “Fermerlər öz məhsullarını rahat şəkildə satmaq, eyni zamanda, qablaşdırma, loqistika, ixrac məsələlərində kömək üçün Dövlət Aqrar Ticarət Şirkətinə müraciət edib, şirkətin dəstəyindən yararlana bilərlər”, – deyə o vurğulayıb. Dövlət Aqrar Ticarət Şirkətinin əsas məqsədi ölkədə fəaliyyət göstərən kiçik və orta fermer təsərrüfatı sahiblərinin yetişdirdiyi məhsulların satışına dəstək göstərmək, bütövlükdə ölkədə kənd təsərrüfatının inkişafına və fermerlərin sosial rifahının yaxşılaşdırılmasına töhfə verməkdir. Bu məqsədlə şirkət mütəmadi olaraq "Kənddən şəhərə" satış yarmarkalarını təşkil edir, paytaxtın Nizami küçəsi, 154B ünvanında eyniadlı satış mərkəzi də fəaliyyət göstərir. Satış mərkəzində kiçik və orta fermer təsərrüfatlarında yetişdirilmiş kənd məhsullarının, eləcə də yerli qida istehsalçılarının məhsullarının satışı həyata keçirilir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
İndiyədək Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 milyon dollar investisiyalar yatırıb
16.07.2019
“Qala Sığorta”nın yığım portfeli genişlənir – RƏSMİ HESABAT
16.07.2019
“Yeni şəhər” kompleksi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib
16.07.2019
Nərimanov rayonunda yeni pilot layihənin icrasına başlanılıb
16.07.2019
Azərbaycan öz məhsullarını daha çox bu ölkələrə ixrac edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info