Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
Tarix: 09.07.2019 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


“Donald Tuskun Bakıya səfəri Azərbaycanın əhəmiyyətinin Aİ rəhbərliyi tərəfindən qiymətləndirilməsi deməkdir”


“Azərbaycan – Aİ əməkdaşlığı Azərbaycan və Avropa İttifaqı üçün vacibdir”

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk Azərbaycand səfərdədir. Artıq Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskla təkbətək görüşü olub. Daha sonra tərəflər geniş tərkibdə görüşüblər. Bu səfəri “Palitra”ya dətərləndirən QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov qeyd etdi ki, Avropa İttifaqı Şurasının Prezidenti Donald Tuskun Bakı səfəri Avropa İttifaqının Bakını strateji tərəfdaş kimi qəbul etməsinə işarədir: “Aİ-Azərbaycan əlaqələri və ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələri prioritet məsələdir. Prezidentin ötən il və bu il Avropa İttifaqına səfərləri oldu, mötəbər görüşlər keçirildi. Bu görüşlərdə yeni tərəfdaşlıq sazişini imzalanması istiqamətində gedən danışıqlar, növbəti mərhələ üçün Aİ ilə əməkdaşlıq, Dünya Ticarət Təşkilatına üzvlüklə bağlı çox vacib müzakirələr olmuşdu. Donald Tuskun Bakıya səfəri Azərbaycanın əhəmiyyətinin, inkişafının Aİ rəhbərliyi tərəfindən qiymətləndirilməsi deməkdir. Azərbaycan – Aİ əməkdaşlığı Azərbaycan və Avropa İttifaqı üçün vacibdir. Biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində müsəlman ölkələri, Asiya ölkələri ilə, eləcə də Avropa strukturları ilə yaxından əməkdaşlıq edirik. Bu əlaqələrimiz inkişaf edəcək və ilin ikinci yarısında ölkəmiz üçün çox faydalı olacaq maraqlı proseslərin şahidi olacağıq. Tuskun səfəri bir daha onu göstərir ki, Aİ üçün Azərbaycan vacib strateji tərəfdaşdır. Azərbaycan dünyanın və Avropanın enerji təhlükəsizliyində mühüm rola malik ölkə, Şərqə Qərbi birləşdirən mərkəzidir”. Ekspert qeyd etdi ki, Azərbaycan bu gün böyük enerji, neft-qaz ölkəsi və regionun lider dövləti kimi dünyanın enerji xəritəsinin dəyişir: “Eyni zamanda ölkəmiz dünyanın böyük nəqliyyat qovşağına çevrilib. Belə ki, ölkəmiz Şimalla Cənubu, Şərqlə Qərbi birləşdirən nəqliyyat mərkəzidir. Azərbaycan böyük tədbirlərin, beynəlxalq konfransların, forumların böyük idman yarışlarının, mədəniyyət tədbirlərinin, beynəlxalq təşkilatlarını tədbirlərinin, eləcə də dünyanın təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bir məkandır. Bakı bütün dünyada sülh, mədəniyyət, idman şəhəri kimi tanınır və dünyada ən sabit və sülh şəhəri kimi qəbul edilir. Sadə bir misal deyim. Bu ilin 6 ayı ərzində keçirilən tədbirlərin sayı ilə dünya dövlətlərinin müqayisə etsək, görərik ki, heç bir dövlətdə, hətta altı il ərzində bizim 6 ay ərzində keçirdiyimiz qədər tədbir keçirilmir. Ölkəmizə gələn qonaqların, rəsmi və nüfuzlu şəxslərin, dövlət xadimlərinin, hökumət başçılarının sayı, eləcə də Azərbaycan dövlət başçısının xarici səfərlərini nəzərə alsaq aydın olacaq ki, heç bir dövlətdə bu qədər dinamika şahidi ola bilmirik. Bu gün ölkəmiz dünyanın böyük enerji ölkəsi, dünyanın və Avropanın enerji təhlükəsizliyində mühüm rola malik ölkəsi olmaqla yanaşı dünyada, beynəlxalq təşkilatlarda nüfuz sahibidir. Azərbaycan bu gün BMT Təhlükəsizlik Şurasına rəhbərlik edən ölkələrdən biri kimi tanınır. İqtisadi baxımdan göstəricilərə görə ölkəmiz bir çox məsələyə görə MDB liderdir. Bu iqtisadi göstəricilər və inkişaf dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, müstəqil və heç bir dövlətdən asılı olmamaq siyasətinin nəticəsidir. Bu siyasət nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin olunub və ölkəmiz dünyada böyük nüfuz qazanıb”.

“Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi dünyanın Azərbaycana verdiyi dəyərin göstəricisidir”

Ekspert qeyd etdi ki, Azərbaycan idman və mədəniyyət tədbirlərinin keçirildiyi ölkəyə çevrilib: “Mədəniyyət sahəsində multikulturalizm, tolerantlıq ixrac edən ölkəyə çevrilmişik. Bugünlərdə UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında vacib məsələlər müzakirə edildi və böyük uğura imza atıldı. 180 ölkədən 3 mindən atıq nümayəndənin iştirak etdiyi UNESKO-nun bu tədbirində möhtəşəm qərarlar qəbul olundu. Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin Ümumdünya İrs Siyahısına daxil edilməsi dünyanın Azərbaycana verdiyi dəyərin göstəricisidir. Ölkəmiz inkişaf göstərir ki, qısa zamanda böyük yol qət edilib. Başqa ölkələrin 100 ilə əldə edə bildiyi uğurları ölkəmiz 20 il ərzində əldə edə bilib. Bu isə Azərbaycanın dünya birliyinin nüfuzlu ölkəsi olmasının təsdiqidir”.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Əsrin müqaviləsi” Azərbaycan üçün ən vacib strateji layihələrdən biridir
21.09.2019
Torpağını döyüş meydanına çevirmək istəyən buyursun
21.09.2019
Azərbaycan bu gün xarici ölkələrə milyardlarla sərmayələr yatırır, bununla da əlavə gəlir mənbələri yaradır
20.09.2019
“Bunu belə zənn edənlərin qarşısında Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti olacaq“
20.09.2019
“Təhlükəsiz bölgə yaradılması barədə ləngimə olsa, ABŞ ilə fəaliyyətlərə son qoyular“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info