Putin onu təhqir edən gürcü jurnalist haqqında: Qoy yayımını davam etdirsin
Tarix: 09.07.2019 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Rusiya Prezidenti Vladimir Putin Gürcüstana sanksiyaların tətbiq olunmasına qarşı çıxıb. AZƏRTAC bu barədə Rusiya KİV-lərinə istinadla xəbər verir. “Mən bunu məhz gürcü xalqına hörmətimə görə etməzdim”, - deyə Rusiyanın dövlət başçısı jurnalistlərə bildirib. Bir qədər əvvəl Rusiya parlamentinin aşağı palatası Gürcüstana qarşı məhdudiyyət tədbirlərinin tətbiq edilməsi təşəbbüsü ilə çıxış edib. Buna, “Rusiya əleyhinə bitmək bilməyən təxribatlar” səbəb olub.
Prezident, həmçinin onu təhqir edən gürcü jurnalistə qarşı cinayət işinin açılması məsələsinə də münasibət bildirib. “Hər hansı cinayət işinin açılması ona şərəf gətirərdi. Qoy yayımını davam etdirsin”, - deyə Putin əlavə edib. Xatırladaq ki, iyulun 7-də Gürcüstanın Rustavi-2 telekanalının aparıcısı Georgi Qabuniya özünün müəllif proqramında Rusiya Prezidenti Vladimir Putinin və valideynlərinin ünvanına təhqiredici ifadələr səsləndirib.
Moskva və Tbilisi arasında gərgin münasibətlər davam edir. Bu yaxınlarda Gürcüstanda Rusiya əleyhinə keçirilən aksiyalar iki ölkə arasında aviasiya əlaqəsinin dayanmasına səbəb olub.




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
Zəlzələdən yox, “Metsamor”dan qorxun!
13.08.2020
Rusiyada son sutkada 124 nəfər koronavirusdan ölüb
12.08.2020
Rusiyada bu sahədə çalışanları işsizlik gözləyir
12.08.2020
Ermənistanda fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb
12.08.2020
Ermənistanda son sutkada 201 nəfər COVID-19-a yoluxub

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
3 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
4 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
5 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info