Polşa Azərbaycana yeni səfirini təyin edib
Tarix: 10.07.2019 | Saat: 02:04:00 | E-mail | Çapa göndər



Polşa Respublikasının Prezidenti Andjey Duda iyulun 9-da iki yeni səfiri postlarına təsdiqləyib.

AZƏRTAC ölkənin Xarici İşlər Nazirliyinin rəsmi məlumatına əsasən xəbər verir ki, Rafal Poborski Polşanın Azərbaycandakı səfiri təyin olunub. O, bu vəzifədə Marek Tsalkanı əvəz edəcək.
Rafal Poborski 1976-cı ildə doğulub. Varşava Universitetinin şərqşünaslıq fakültəsini bitirən diplomat 2005-2006-cı illərdə Polşa XİN-in Avropa departamentində attaşe, 2006-2016-cı illərdə isə Şərq Siyasəti Departamentində çalışıb. O, 2016-cı ildə “EXPO-2012” Beynəlxalq Sərgi Təşkilatının diplomatik dəstək üzrə işçi qrupunun üzvü olub.
Polşanın ikinci təyinatı isə NATO-dakı yeni daimi nümayəndəsidir. Bu vəzifəyə isə ixtisasca hüquqşünas olan Tomas Şatkovski təyin olunub. T.Şatkovski bu postda Marek Jolkovskini əvəzləyəcək.




 
Bölməyə aid digər xəbərlər
28.01.2020
AŞPA-da “20 Yanvar” faciəsinin 30-cu ildönümünə həsr edilmiş konfrans keçirilib
28.01.2020
Elmar Məmmədyarov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
28.01.2020
Müxalifətin “mühacir alveri” gündəmdən düşmür
28.01.2020
Mixail Qusman: İslahatlar kursunun yenilənmiş parlamentə ehtiyacı var
28.01.2020
“Parlament diplomatiyası ölkələr arasında etimad yaradır”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info