Öz-özüylə danışmaq xəstəlikdirmi?
Tarix: 10.07.2019 | Saat: 05:51:00 | E-mail | Çapa göndər


Bəzən öz-özünə danışan insanlara rast gəlmək olur. Yolda, sərnişin nəqliyyatında, iş yerində kimlərinsə öz-özünə danışdığını müşahidə edirsən. Bu nə ilə bağlıdır?
Bu suala cavab olaraq psixoterapevt Elmir Əkbər Moder.az saytına bildirib ki, hər kəsin zahiri nitqindən əlavə, özünə xas daxili nitqi də mövcuddur. Onun sözlərinə görə, insanın öz-özünə danışması daxili nitqin ucadan səsləndirilməsidir.
“Əgər insan vacib bir məsələ üzrə qərar qəbul edəcəksə, biz daxili nitqlə danışmağı məsləhət görürük. Tövsiyə edirəm ki, daxili nitqinizlə ucadan danışın, görün ki, bu məsələ sizin üçün vacibdir, ya yox. Bu, heç də pis bir hal deyil”.
Elmir Əkbərin sözlərinə görə, bəzən insan yorğun, gərgin bir vaxtda, yaxud da xroniki stresin təsiri altında olanda öz-özünə danışır ki, bu hal kənardan başqalarına qəribə görünür:
“Konsultasiyalarda pasiyentlər söyləyir ki, “bəzən yol getdiyim zaman öz-özümə danışıram, qıraqdan mənə baxıb gülürlər”. Yaxşı olar ki, bu məsələ insanın öz nəzarəti altından çıxmasın. Bunun üçün insan gərək xroniki stresini atsın”.
Psixoterapevt əlavə edib ki, belə vəziyyətlərdə xarakter baxımından insan tipləri ortaya çıxır: “Bəzi insanlar var ki, onların daxili aləmləri, zahiri kontaktlarından daha güclü olur. Çünki onların daxili aləmləri qapalı olduğundan, bəzən elə olur ki, hislərini zahirə verə bilirlər. Bu, əsasən psixoloq və psixoterapevtin işlədiyi insan tipləridir.
Biri də var ki, eşitmə hallüsinasiyaları - bu artıq psixiatrların işlədiyi xəstələrdə müşahidə olunur. Məsələn, şizofreniya xəstələrində eşitmə hallüsinasiyaları olur, onların qulaqlarına səs gəlir və bu səs onlarla "danışır". Bəzən də bunu obyektiv şəkildə müşahidə etmək olur ki, bu insan kimsə ilə danışır. Bu artıq xəstəlikdir”.

Elmir Əkbər deyir ki, öz-özünə danışamaq kimi hallar insanın yaşadığı problemlərlə, həyat tərzi ilə də birbaşa bağlı olur. İnsan bilmədən danışaraq, sanki özünü o problemdən qurtarmış kimi hiss edir.
Bəs belə halların konkret yaş müddəti varmı?
“Əgər sağlam insandan söhbət gedirsə, burda insanın bioloji yaşı yox, problemin yaşı əsas götürülür. Ancaq şizofreniya kimi xəstələrdə bu hal yetiyetməlik dövründən başlayır” – Elmir Əkbər bildirib.
Öz-özünə danımağı dəlilik saymaq olar? Müsahibimiz sula belə cavab verib: “Xeyr, bunun dəliliklə heç bir bağlılığı yoxdur. Sadəcə, beyin yaranmış olduğu situasiyalardan, problemlərdən qurtarmaq üçün insana sanki danışması üçün bir siqnal ötürür”.




 
Bölməyə aid digər xəbərlər
27.01.2020
Finlandiyada uşaqlar azalır
27.01.2020
“Apple” kompüterlərini yoluxduran virus
27.01.2020
Gözü lazer şüalanmasından qorumaq üçün üsul təklif edilib
26.01.2020
İndi də Hindistanda qudalar qoşulub qaçdılar
26.01.2020
Polşalı məşhur səyyah velosipedlə Azərbaycana səfər edəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info