UNESKO-nun Azərbaycanla sıx əməkdaşlığı formalaşıb
Tarix: 10.07.2019 | Saat: 08:12:00 | E-mail | Çapa göndər


UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda keçirilməsi bir tərəfdən Azərbaycanın beynəlxalq aləmdə çox böyük nüfuza sahib olmasından, digər tərəfdən beynəlxalq tədbirlərin keçirilməsi sahəsindəki yüksək tərcübəsindən xəbər verir.
Bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" videolayihəsi çərçivəsində Trend-ə deyib.
Ə.Əhmədov bildirib ki, indiyə qədər Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkəmizin nüfuzunun əhəmiyyətli dərəcədə dəyişməsinə, yeniləşməsinə səbəb olub:
"Azərbaycanda keçirilən bu tədbirlər ölkəmizə bütün dünya miqyasında olan diqqəti də artırıb. Digər tərəfdən, Azərbaycan UNESKO çərçivəsində böyük layihələrin həyata keçirilməsinə yaxından dəstək olur. Azərbaycanın Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva UNESKO çərçivəsində çox möhtəşəm layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Beləliklə də bu iştirakçılıq nəticəsində UNESKO-nun Azərbaycanla sıx əməkdaşlığı formalaşıb.
Bu əməkdaşlıq çərçivəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycanın bir çox mədəni irs nümunələri UNESKO-nun siyahısına daxil edilib. Hesab edirəm ki, bu da Azərbaycanla UNESKO əməkdaşlığının ölkə mədəniyyəti üçün faydalı tərəflərindən biridir".
Baş nazirin müavini vurğulayıb ki, çox sayda insanın Bakıda keçirilən 43-cü sessiyada iştirak etməsi onların Azərbaycanla tanış olmalarına, ölkəmizin bugünkü inkişafı ilə bağlı daha çox məlumatlar əldə etmələrinə və beləliklə də Azərbaycana olan münasibətlərinin bugünkü reallıqlar çərçivəsində formalaşmasına gətirib çıxarır.
Qeyd edək ki, iyunun 30-da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda öz işinə başlayıb. 43-cü sessiyanın iyulun 7-də keçirilən iclasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi Dünya İrs Siyahısına salınıb.
Bu gün bağlanış iclasında sessiyanın yekun sənədi qəbul ediləcək.




 
Bölməyə aid digər xəbərlər
25.09.2020
Azərbaycan türkdilli dünyanın qarşılıqlı münasibətlərində vacib halqadır
24.09.2020
“Gürcüstan və Azərbaycan tarixi və strateji tərəfdaşlardır”
24.09.2020
Azərbaycan çətin dövrlərdə Qoşulmama Hərəkatına bacarıqla rəhbərlik edir
24.09.2020
Sorosun dəstəyi ilə hakimiyyətə gələn Paşinyan müstəqil siyasət yürüdə bilməz
23.09.2020
Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri sülh prossesinə kömək etmir

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11603

1 Düşmən astanada: Pentaqon rəsmiləri nə üçün amerikalıları böyük müharibə ilə qorxudur?-VİDEO
2 Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
3 Şamaxıda Kələxana türbələrində ilk dəfə tamaşa təqdim olunub
4 Təhsil müddəti ümumi pensiya stajına daxil ediləcək
5 Azərbaycan Turizm Assosiasiyası ekspertlər səviyəsində fəaliyyətini genişləndirir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info