NATO ilə Rusiya arasında danışıqlar aparmaq üçün məkan kimi yenə də Azərbaycan seçildi
Tarix: 10.07.2019 | Saat: 14:35:00 | E-mail | Çapa göndər


Həm NATO, həm də Rusiya Azərbaycana etibar edir və danışıqların aparılması üçün də məkan olaraq həmişə Azərbaycanı seçirlər

Rusiya Federasiyası Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov Azərbaycana işgüzara səfərə gəlib. APA-nın xəbərinə görə, Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, V. Gerasimov Bakıda ABŞ hərbi hava qüvvələrinin generalı, NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Tod Uolterslə görüşəcək. V. Gerasimovun Azərbaycanın hərbi-siyasi rəhbərliyi ilə görüşləri planlaşdırılır. Qeyd edək ki, iyulun 3-də V. Gerasimovla T. Uolters arasında telefon danışığı olub. Onlar Avropadakı hərbi-siyasi vəziyyət, Rusiya-NATO münasibətlərinin vəziyyəti barədə fikir mübadiləsi aparıblar. T. Uolters NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı vəzifəsində bu ilin mayında təyin olunub. O, bu vəzifədə general Kertis Skaparrottini əvəz edib. Xatırladaq ki, ötən ilin dekabrında V. Gerasimov NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı general Körtis Skaparotti ilə Bakıda görüşüb.
Qeyd edək ki, Bakının növbəti dəfə qlobal güc mərkəzlərinin hərbi rəhbərliyinin görüşü üçün məkan kimi seçilməsinin səbəbləri var. Belə ki, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat dəhlizləri layihələri ölkəmizin bu statusunu daha da möhkəmləndirib. Belə mühüm görüşlərin Bakıda keçirilməsinin əsas səbəblərindən biri Azərbaycan liderinin şəxsi nüfuzu və dövlətimizin regional və qlobal proseslərdə aktiv rol alması ilə bağlıdır. Azərbaycan nə NATO-nun, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil. Amma ABŞ, Avropa və Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkədir. Azərbaycan təkcə yerləşdiyi regionda deyil, həm də daha geniş miqyasda sabitləşdirici rol oynayır. Azərbaycan Şərqlə Qərb arasında körpü rolunu oynayır. Azərbaycan dövlətinin ardıcıl şəkildə həyata keçirdiyi müstəqil və balanslı siyasət ölkəmizin siyasi nüfuzunun artmasında, etibarlı tərəfdaş olmasında böyük rol oynayır. Ölkəmizin milli maraqlarının qorunmasına əsaslanan bu siyasət dünyanın güc mərkəzləri tərəfindən də təqdirlə qarşılanır. Azərbaycan Prezidenti tərəfindən ölkəmizin maraqlarının qorunmasına xidmət edən aktiv, geniş manevr imkanlarına malik xarici siyasət, ustalıqla həyata keçirilən diplomatik gedişlər, siyasi uzaqgörənlik ölkəmizə dünya miqyasında xeyli nüfuz qazandırıb. Bu gün ABŞ və Rusiya arasında münasibətlər sanksiya burulğanından qurtula bilmir. İki dövlətin marağının toqquşduğu regionlarda geosiyasi dəyişikliklərin nə qədər çətinliklər yaratdığı sirr deyil. Bu dövlətlərin maraqların toqquşduğu bölgələrdən biri də Cənub Qafqazdır. Qonşularımız olan işğalçı Ermənistan və Gürcüstan bu geosiyasi qarşıdurma və seçim məsələsi ilə bağlı nə qədər əziyyət çəkirlər. Amma onlardan fərqli olaraq Azərbaycan həyata keçirdiyi müstəqil siyasət nəticəsində hər iki güc mərkəzi ilə yüksək səviyyəli əməkdaşlıq münasibətləri qura bilib. Bu gün dünyada enerji mənbələri, neft-qaz uğrunda savaş gedir. Bu gün Suriya, Liviya, İraq və son olaraq Türkiyənin də cəlb olunduğu Aralıq dənizində yaşanan olaylar bu mübarizənin daha da kəskinləşəcəyini göstərir. Neft-qaz ehtiyatları ilə zəngin olan Azərbaycan isə bu konfliktlərdən uğurla yayınaraq dünya bazarına enerji ehtiyatları ixrac edir. Azərbaycanın neft və qazın layihələri güc mərkəzləri tərəfindən qəbul olunur və daha çox əməkdaşlıq imkanları yaradır. Bakının ABŞ və ya Avropa İttifaqı ilə münasibətləri Moskva üçün, Rusiya ilə münasibətləri isə Vaşinqton və Brüssel üçün problem yaratmır. Əksinə, bu güc mərkəzləri rəsmi Bakının həyata keçirdiyi siyasətə hörmətlə yanaşır və bunu qəbul edirlər. ABŞ və Rusiya təmsilçiləri arasında yüksək səviyyəli görüşün məhz Bakıda keçirilməsi Vaşinqton və Moskvanın Azərbaycanın həyata keçirdiyi siyasəti qəbul etməsinin göstəricisidir. Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi və birgə səyləri ölkələrimiz arasında siyasi-iqtisadi-hərbi əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb. Bakının ABŞ-la münasibətləri də yüksək səviyyədədir. Elə ABŞ dövlət başçısı Donald Trampın may ayı ərzində Azərbaycan Prezidentinə iki dəfə məktub yazmasının siyasi anlamının nə olduğunu bu sahə ilə yaxından maraqlananlar yaxşı bilir. Bu, ən sadə dildə Ağ Evin Bakıya diqqətinin göstəricisidir. Azərbaycanın əldə etdiyi bu uğur mürəkkəb geosiyasi şərtlər altında Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Bu siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sisteminin nüfuzlu, güvənilən, sözünə hörmət edilən üzvünə çevrilib. Ona görə də həm NATO, həm Rusiya Azərbaycana etibar edir və danışıqların aparılması üçün də məkan olaraq həmişə Azərbaycanı seçirlər. Sülh və dialoq məkanı kimi növbəti dəfə Bakının seçilməsi Azərbaycanın beynəlxalq miqyasda rolunu və nüfuzunu daha da artıran amildir.

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
İndiyədək Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 milyon dollar investisiyalar yatırıb
16.07.2019
“Qala Sığorta”nın yığım portfeli genişlənir – RƏSMİ HESABAT
16.07.2019
“Yeni şəhər” kompleksi “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verilib
16.07.2019
Nərimanov rayonunda yeni pilot layihənin icrasına başlanılıb
16.07.2019
Azərbaycan öz məhsullarını daha çox bu ölkələrə ixrac edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info