Şamaxıda “KOB Dostu” fəaliyyətə başlayıb
Tarix: 10.07.2019 | Saat: 14:50:00 | E-mail | Çapa göndər


Şamaxıda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sayca 14-cü “Kiçik və Orta Biznesin Dostu” - “KOB Dostu” fəaliyyətə başlayıb. KOBİA-dan bildirilib ki, bununla bağlı Şamaxıda fəaliyyət göstərən sahibkarların və dövlət qurumlarının səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə qurumun idarə heyətinin sədri Orxan Məmmədov dövlətimizin başçısının “Dövlət sahibkarın ən yaxşı tərəfdaşıdır” strateji xəttinə uyğun olaraq, kiçik və orta biznesin inkişafı, KOB-lara göstərilən dəstək tədbirləri, eləcə də agentliyin fəaliyyəti barədə məlumat verib. Vurğulayıb ki, “KOB Dostu” mexanizmi agentliyin kiçik və orta sahibkarlara mühüm dəstək mexanizmlərindəndir və ötən ilin sentyabrından etibarən tətbiq olunur. Şamaxı rayonu da daxil olmaqla artıq KOB dostları ölkənin 14 şəhər və rayonunda fəaliyyət göstərir.
KOB dostları mikro, kiçik və orta sahibkarların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafı, KOB-ların hüquqlarının müdafiəsi kimi istiqamətlərdə sahibkarlara informasiya, məsləhət, hüquqi yardım, dövlət qurumları ilə əlaqələndirmə, təlim-tədris və digər xidmətlər göstərir. Ölkənin kənd təsərrüfatı və turizm rayonlarından olan Şamaxının kiçik və orta biznesin inkişafı baxımından böyük potensiala malik olduğunu qeyd edən O.Məmmədov bu iqtisadi potensialın yeni KOB-ların yaradılması və inkişafı üçün KOB dostları vasitəsilə reallaşdırılacağını bildirib. Şamaxı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarları “KOB Dostu” ilə sıx əməkdaşlığa dəvət edən KOBİA rəhbəri ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyət göstərəcəyini deyib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov ölkə başçısının uğurlu sosial-iqtisadi siyasəti nəticəsində regionların inkişaf etdiyini, bölgələrdə bütün sahələrin, o cümlədən sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi üçün əlverişli imkanların yaradıldığını bildirib. Qeyd edib ki, Dağlıq Şirvan iqtisadi rayonu üzrə Şamaxıda fəaliyyətə başlayan ilk “KOB Dostu” sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün faydalı olacaq. Sonra “KOB Dostu” konsepsiyası ilə bağlı təqdimat keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. Tədbir iştirakçıları, həmçinin Şamaxıda yerləşən Heydər Əliyev Mərkəzində “KOB Dostu” ofisi ilə tanış olublar. “KOB Dostu” ofisində sahibkarlara xidmətlərin göstərilməsi üçün lazımi şərait yaradılıb. Burada “KOB könüllüləri” də fəaliyyət göstərir.

Anar




 
Bölməyə aid digər xəbərlər
29.01.2020
Bu ilin əvvəlində Bakıya 100 yeni elektrik taksisi gətiriləcək
29.01.2020
Azərbaycanla Türkiyə dəmir yolları yeni razılaşma imzalayıb
29.01.2020
Azərbaycan neftinin bir barreli 63,95 dollara satılır
28.01.2020
Mərkəzi Bank 100 milyon manat cəlb edəcək
28.01.2020
“USE” MMC və AİRA arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info