ABŞ-ın təhdidinə Türkiyədən cavab
Tarix: 10.07.2019 | Saat: 15:00:00 | E-mail | Çapa göndər


Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hami Aksoy Birləşmiş Ştatlara müraciət edərək ikitərəfli münasibətlərə zərər vura biləcək addımlardan çəkinməyə çağırıb. Anadolu Agentliyi xəbər verir ki, bu müraciət ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Morqan Ortequsun Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinin Türkiyəyə gətiriləcəyi təqdirdə Ankaranı mənfi nəticələr gözləyəcəyi barədə şərhindən sonra səsləndirilib. “İyulun 9-da ABŞ Dövlət Departamenti mətbuat katibinin S-400 komplekslərinə dair səsləndirdiyi bəyanat G20 sammitində prezidentlərimiz arasında aparılan danışıqların ruhuna uyğun gəlmir. Biz ABŞ-ı ikitərəfli münasibətlərə xələl gətirə biləcək addımlardan çəkinməyə çağırırıq” - Türkiyə XİN-in bəyanatında belə deyilir. Hami Aksoy, həmçinin Türkiyəni S-400 zenit raket komplekslərini almağa vadar edən müəyyən səbəblərin mövcudluğunu da xatırladıb. “ABŞ Prezidenti Donald Tramp G20 sammitinin gedişində bu məsələdə Türkiyə ilə ədalətli davranılmadığı faktını təsdiqləyib” - deyə xarici siyasət idarəsinin nümayəndəsi əlavə edib. O, eyni zamanda Şimali Atlantika Alyansının iştirakı ilə S-400 komplekslərinin F-35 təyyarələrinə zərər vuracağı barədə Birləşmiş Ştatların narahatlığının müzakirə olunacağı işçi qrupunun yaradılması barədə Türkiyənin təklifinə ABŞ-ın hələ də reaksiya vermədiyini vurğulayıb. Rusiyanın ən yeni hava hücumundan müdafiə sistemlərindən biri olan S-400 zenit-raket kompleksləri alınması Türkiyə və ABŞ arasında qalmaqala səbəb olub. Birləşmiş Ştatlar Türkiyədən bu sövdələşməni dayandırmağı və əvəzində ABŞ istehsalı olan “Patriot” zenit-raket komplekslərini satın almağı tələb edib. Əks-halda F-35 qırıcı təyyarələrinin Türkiyəyə satışının dayandırılacağını istisna etməyib.

Anar




 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Ermənistan ordusunda daha bir rüsvayçı fakt: məzuniyyətdə olan əsgər hərbi hissəyə dönməkdən imtina edib
23.07.2019
Akar Cefri ilə görüşüb: Türkiyə ABŞ-la birlikdə “təhlükəsiz bölgə” yaradılmasında israr edir
21.07.2019
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info