“İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar“ adlı kitabın təqdimatı olub
Tarix: 10.07.2019 | Saat: 15:29:00 | E-mail | Çapa göndər


Bəhruz Həsənov: Azərbaycan İslam dünyasında həmrəyliyin yaradılmasında böyük səylər nümayiş etdirir

İyulun 10-da İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təşkilatçılığı ilə iordaniyalı tarixçi və jurnalist Ömər əl-Armutinin müəllifi olduğu "İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar" adlı kitabın təqdimatı olub. Kitab Azərbaycan dilinə İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının təşəbbüsü ilə tərcümə olunub. Kitabın məsləhətçisi Rafiq Əliyev tədbirdə çıxış edərək bildirib ki, bu, Ömər əl-Armutinin ölkəmizlə bağlı ikinci nəşridir. O, Azərbaycan ilə İordaniya arasındakı münasibətlərdən, ölkələrimizin oxşar cəhətlərindən danışıb. R.Əliyev nəhəng güc sahiblərinin beynəlxalq hüququn normalarına məhəl qoymadığını, nəticədə qanlı müharibələrin, vətəndaş qarşıdurmalarının baş verdiyini söyləyib. O deyib ki, ikili standartlar artıq beynəlxalq münasibətlərdə bir normaya çevrilməkdədir. İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının üzvləri bu kimi xoşagəlməz hallarla mübarizəyə töhfə verə bilərlər.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov deyib ki, Azərbaycan İslam dünyasında həmrəyliyin yaradılmasında böyük səylər nümayiş etdirir. Azərbaycan müsəlman ölkələri, o cümlədən İordaniya ilə 25 ildən artıqdır ki, bir çox sahələrdə uğurlu əməkdaşlıq edir. Kitabda da qeyd olunduğu kimi, əsası ümummilli lider Heydər Əliyev və Kral Hüseyn bin Talal tərəfindən qurulmuş Azərbaycan-İordaniya dostluq və əməkdaşlıq əlaqələri bu gün yüksələn xətt üzrə davam edir. Azərbaycan Prezidenti İlham Əliyev və İordaniya Kralı II Abdullah dostluq və qardaşlıq münasibətlərini daha da möhkəmləndirirlər. Bəhruz Həsənov bildirib ki, Ömər əl-Armutinin müəllifi olduğu kitabda onun Azərbaycana olan sevgisi açıq şəkildə görünür. O, ölkəmizə sevgisini poeziya dilində vəsf edib. Prezident Administrasiyasının məsul əməkdaşı hər iki ölkənin jurnalistləri arasında qurulan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini bildirib, İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının bu istiqamətdə xidmətlərini qeyd edib. İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri və kitabın redaktoru Fazil Abbasov yeni nəşrin önəmindən danışıb. O deyib ki, Ömər Əl-Armutinin dörd il əvvəl işıq üzü görmüş "Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq" kitabı ötən il Assosiasiya tərəfindən tərcümə edilərək nəşr olunub. Fazil Abbasov bildirib ki, bu gün İslam dəyərlərinə qarşı aparılan çirkin kampaniyanın qarşısının alınmasında müsəlman ölkələrinin, o cümlədən bu ölkələrin jurnalistlərinin həmrəyliyinə böyük ehtiyac var. Bu gün bu həmrəylik Azərbaycan və İordaniya tərəfindən layiqincə nümayiş etdirilir. Assosiasiyanın sədri vurğulayıb ki, bu kitabda təkcə müəllifin öz düşüncələri deyil, digər iordaniyalı müəlliflərin, jurnalistlərin fikirləri də öz əksini tapıb. Nəşrin digər məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva bildirib ki, bu kitab Azərbaycan dövlətinə və xalqına olan sevginin nəticəsidir. Bu nəşr vasitəsilə Azərbaycan mədəniyyəti və tarixi İordaniyada geniş təbliğ olunur. Bu işin həyata keçməsində İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının mühüm xidmətləri var. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qeyd edib ki, Azərbaycan və İordaniya müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Bu əməkdaşlıq xalqlarımızın daha da yaxınlaşmasına yol açıb. Ömər əl-Armuti kitablarında Azərbaycanın üzləşdiyi problemlərlə yanaşı, əldə etdiyi nailiyyətləri də iordaniyalılara çatdırır.
Kitabın müəllifi, iordaniyalı tarixçi-yazıçı Ömər əl-Armuti bildirib ki, "Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq" kitabından sonra "İordaniya-Azərbaycan əlaqələrində önəmli məqamlar" adlı yeni nəşri onun Azərbaycana olan sevgisini sübut edir. Yeni kitabda Azərbaycan-İordaniya dostluq və qardaşlıq münasibətlərindən bəhs olunur. O qeyd edib ki, bu kitabları yazmaqda məqsədi ərəb ictimaiyyətinə Azərbaycan həqiqətləri barədə ətraflı məlumat verməkdir. Ömər əl-Armuti vurğulayıb ki, Dağlıq Qarabağda törədilən faciələr İslam dünyasına qarşı hücumların bir hissəsidir. Bu səbəbdən İslam həmrəyliyi daha da möhkəmləndirilməlidir. Tədbir müzakirələrlə davam edib.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilir
21.07.2019
İranda qum qasırğası 13 kəndin yolunu bağladı
21.07.2019
Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 62-yə çatıb
21.07.2019
Birləşmiş Ərəb Əmirliklərində xurma festivalı keçirilir
21.07.2019
Siqaret kötükləri təbiəti məhv edir və bitkilərə ziyan vurur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info