Erməni deputat: “Ermənistanda sosial partlayış olacaq”
Tarix: 10.07.2019 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


Armen Xaçatryan: “Aqarak mis-molibden kombinatının 1000-dən artıq işçisi tətil edir. Əmək hüquqları pozulan işçilərin problemlərinin həll olunmaması ölkədə böyük fəsadlara gətirib çıxaracaq”

“Aqarak mis-molibden kombinatının 1000-dən artıq işçisi artıq uzun müddətdir ki, tətil edirlər. Lakin hökumətin bununla bağlı hər hansı bir addım atmaması təəccüblü görünür”. “News.am” bildirir ki, bu fikirləri Ermənistan parlamentinin iyulun 10-da keçirilən iclasında “Mənim adımım” blokundan olan deputat Armen Xaçatryan səsləndirib. O, baş verənlərin ölkədə sosial partlayışa gətirib çıxaracağından ehtiyatlandığını da gizlətməyib. Mitinq edənlərin əksəriyyətinin Aqarak və Mkqri sakinləri olduğunu bildirən deputat qeyd edib ki, işçilərin əmək hüquqları da pozulub: “Əmək hüquqları pozulan mitinqçilərin problemləri ilə bağlı təcili tədbirlər görülməsə, bu vəziyyət ölkədə böyük fəsadlara gətirib çıxaracaq. Ona görə də, hökumətin bu məsələni diqqətdə saxlamağa çağırıram”. Aqarak mis-molibden kombinatının rəhbərliyinin işçilərin hüquqlarını pozduğunu “Çiçəklənən Ermənistan” partiyasından olan deputat Naira Zöhrabyan da təsdiqləyib. Həmkarının dediklərinə dəstək nümayiş etdirən Zöhrabyan qeyd edib ki, yaşananlar ölkə üçün böyük fəsadlara gətirib çıxara bilər: “Məndə olan məlumata görə, kombinat işçiləri hələ də müəssisənin onlara olan borclarını ala bilməyiblər. Müəssisənin fəaliyyəti nəticəsində yaxınlıqdakı evlərə ciddi ziyan dəyməsinə baxmayaraq, ev sahibləri də onlara çatacaq kompensasiyanı ala bilməyiblər”. Ermənilərin “News.am” saytına danışan erməni deputat bu barədə ölkənin Baş Prokurorluğuna etdiyi müraciət əsasında cinayət işi başlandığını da bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
“Exit-poll” Ukraynanın Ali Radasına yer qazanan partiyaların adını açıqlayıb
21.07.2019
Ukraynanın yeni Baş Naziri müstəqil və peşəkar iqtisadçı olmalıdır
21.07.2019
Gürcüstanda polislə oğrular arasında atışma olub
21.07.2019
Ukraynada nöbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə gedir
20.07.2019
Cari ilin birinci yarısında Gürcüstanda 150-yə yaxın insan itkin düşüb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info