Azərbaycanlı sahibkarlar Bağdadda keçiriləcək sərgiyə dəvət aldılar
Tarix: 10.07.2019 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


İraqın Ticarət Nazirliyində Ticarət Otağının nümayəndə heyəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyasında görüş keçirildi.
Trend-in məlumatına görə, Mahmud Abdullah Cabbar Alaiti ölkəsinin, xüsusən də Divaniyə Ticarət Otağının azərbaycanlı sahibkarlarla işbirliyinə böyük önəm verdiyini vurğuladı. Konfederasiya barədə məlumat verən vitse-prezident Vüqar Zeynalov İraqda iqtisadiyyatın dirçəlməyə başladığını və Azərbaycanın bu ölkəyə məhsul ixrac etmək üçün böyük potensiala malik olduğunu vurğuladı.
Mahmud Abdullah Cabbar Alaiti İraqın neft, əczaçılıq, tamat pastasına böyük ehtiyacı olduğunu dedi və bütün sahələrdə Azərbaycanla işləməyə hazır olduqlarını bildirdi: “Azərbaycan-İraq Biznes Mərkəzi yaratmağı təklif edirik. Müştərək sərgilər keçirməyə, rəsmi dövlət qurumu və mərkəz formatında işləməyə hazırıq”.
Nümayəndə heyətinin açıqlamasına görə, İraqda 500 milyon hektar əkinə yararlı sahə var və onlar istifadə edilmir. İraq son müharibələrdən sonra bütün müəssisələrini faktiki olaraq itirib və hazırda dünyanın ən böyük idxalçı ölkəsidir. Dövlətin neft gəlirləri il ərzində 125 milyard dollar təşkil edir və artıq İraq əhalisinin gəlirləri artıb. Bu isə ixracatçılar üçün çox sərfəlidir.
Azərbaycanın İraq üçün ixracatçı kimi maraqlı olduğunu vurğulayan qonaqlar logistika baxımından məhsulların daşınmasının ucuz başa gəldiyini qeyd etdilər.
ASK Beynəlxalq Şöbəsinin təşkil etdiyi görüşdə azərbaycanlı sahibkarlar 2019-cu ilin noyabrında Bağdadda keçiriləcək sərgiyə dəvət olundular və məlumat verildi ki, sahibkarların iştirak etməsi üçün İraq tərəfi bütün məsələləri həll edəcək.




 
Bölməyə aid digər xəbərlər
29.01.2020
Ötən il 189,3 milyon dollarlıq pomidor ixrac edilib
29.01.2020
Ötən il qeyri-neft sektoru üzrə 1 milyard 954 milyon dollar dəyərində mal ixrac olunub
29.01.2020
Bu ilin əvvəlində Bakıya 100 yeni elektrik taksisi gətiriləcək
29.01.2020
Azərbaycanla Türkiyə dəmir yolları yeni razılaşma imzalayıb
29.01.2020
Azərbaycan neftinin bir barreli 63,95 dollara satılır

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
2 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək
3 Ermənistanda sosial narazılıq artır: fermerlərin kütləvi mitinqi bütün ölkəyə yayılır
4 ABŞ “doğum turizmi”nə qarşı mübarizə aparmaq qərarına gəlib
5 Ehsan Zahidov: “Salyanda polisin qıza təcavüz etməsi barədə məlumat tamamilə əsassız və uydurmadır“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info