Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi ilə Azərbaycanda tərəqqi və yüksəliş dövrünün əsası qoyuldu
Tarix: 10.07.2019 | Saat: 20:25:00 | E-mail | Çapa göndər



14 iyul Azərbaycan tarixində çox əlamətdar bir gündür. 1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə rəhbərliyə gəlməsi ölkəmizin inkişafında, onun uzun müddət yığılıb qalmış problemlərinin həllində və ən əsası, dövlətimizin dünya səviyyəsinə çıxmasında başlanğıc nöqtəsi oldu.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib.
S.Əliyev ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycan iqtisadiyyatında keyfiyyət dəyişikliklərinin baş verdiyini, ölkədə mövcud müəssisələrin yenidən qurulmasının, yenilərinin açılmasının, kənd təsərrüfatına dövlət qayğısının artırılmasının, infrastrukturların yenilənməsinin qısa müddət ərzində böyük nailiyyətlərin əldə olunmasına yol açdığını diqqətə çatdırıb. Qeyd olunub ki, 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycanda siyasi rəhbərlikdə olduğu müddətdə ölkəmizdə 250-dən çox yeni müəssisə yaradıldı. Bu isə milyonlarla yeni iş yeri demək idi. Bir neçə ali, onlarla ixtisas məktəbi açıldı. Həmin dövrdə Azərbaycanda mənzil fondu faktiki olaraq 2 dəfə artdı. Azərbaycan nəinki SSRİ, hətta dünya miqyasında tanınmağa başladı. Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri dünya səviyyəsində ölkəmizin milli dəyərlərinin təbliğatçısına çevrilirdilər. O zaman Sovetlər Birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Bütün sahələrdə tənəzzül baş alıb gedirdi. Belə bir vaxtda Heydər Əliyevin hakimiyyətə gəlişi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün, sözün əsl mənasında, dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş dövrünün əsasını qoydu.
Azərbaycan 1969-cu ildə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndə keçmiş ittifaqın ən geridə qalmış respublikası idisə, 1971-ci ildə inkişafın tempinə və sürətinə görə Sovet İttifaqında ən qabaqcıl respublikaya çevrildi. Ölkənin mənəvi-psixoloji mühitini, insanların ölkəyə və rəhbərliyə münasibətini dəyişmədən bu kimi yenilikləri əldə etmək mümkün olmazdı. 1969-cu ilin iyulunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikanın bütün həyatında olduğu kimi, hərbi-təşkilati və kütləvi-müdafiə işləri sahəsində də milliləşmənin başlanğıcı qoyuldu. Ümummilli Liderin cəsarətli addımları sayəsində Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Məktəb yaradıldı. Təsadüfü deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrilib.
S.Əliyev bildirib ki, Azərbaycan 1990-cı illərin əvvəllərində hamımıza məlum olan fəlakət, uçurum qarşısında olanda yenə də xalqın çağırışına səs verən Heydər Əliyev öz xilaskarlıq missiyasını yerinə yetirmiş oldu. O deyib: “Ötən 50 ildə dünya çox dəyişib. Sovetlər İttifaqı süquta uğrayıb, Azərbaycan indi müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Heydər Əliyev siyasəti ötən 50 il ərzində Azərbaycanın simasını kökündən dəyişib və hazırda həmin siyasət Ulu Öndərin layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ötən əsrin 70-ci illərində Azərbaycan Sovetlər Birliyinin ən dinamik inkişaf edən respublikası imicini adını qazandı. İndi isə Heydər Əliyevin memarı və qurucusu olduğu müasir müstəqil Azərbaycan dövləti bütün dünyada ən dinamik iqtisadiyyatı olan, ən sürətlə inkişaf edən dövlət kimi tanınır. Bu, onu göstərir ki, Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət hər zaman xalqımıza, Vətənimizə xidmət edib və bu gün də xidmət edir”.




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Səttar Mehbalıyev: “Jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün imkanlar yaradılıb”
22.07.2019
Siyasiləşmiş “media ekspertləri”: onlar kimin maraqlarına xidmət edirlər?
22.07.2019
KİV-lər Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tuturlar
21.07.2019
Yanes Kosyançiç: Azərbaycanın beynəlxalq yarışların keçirilməsində böyük təcrübəsi var
21.07.2019
Azərbaycan XV Avropa Gənclər Yay Olimpiya Festivalının keçirilməsinə tam hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”
4 “Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
5 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info