2055-ci ildə Yer kürəsinin əhalisinin sayı 10 milyarda çata bilər
Tarix: 10.07.2019 | Saat: 23:55:00 | E-mail | Çapa göndər



Yer kürəsinin əhalisinin sayının 2055-ci ildə 10 milyarda, əsrin sonunda da 11,2 milyarda yüksələcəyi təxmin edilir.


11 iyul Dünya əhalisi günü münasibətilə Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) göstəricilərinə əsaslanaraq aparılan hesablamalara görə, 2 min il əvvəl 300 milyon olan dünya əhalisi bu gün təxminən 7,71 milyarda çatıb.
UNFPA BMT tərəfindən hazırlanan bir tədqiqtaın nəticələrinə görə, əhalsii ən kəskin şəkildə azalan on ölkənin hamısı Şərqi Avropada yerləşir, bu ölkələr arasında Bolqarıstan, Latviya və Moldova siyahının başında gəlirlər.
Ən çox insana ev sahibliyi edən qitə isə Asiya qitəsidir.
Dünya əhalisinin bu gün təxminən 60 faizi Asiyada, 15 faizi Afrikada, 10 faizi Avropada, 8 faizi Latın Amerikası və Karib hövzəsində, qalanı isə Şimali Amerika və Okeaniyada yaşayır.
Çin 1,42 milyardlıq, Hindistan da 1,37 milyardlıq əhalisi ilə dünyanın ən böyük iki ölkəsidir.
Çin dünya əhalisinin 19 faizini, Hindistan isə 18 faizini təşkil edir. Lakin dörd ildən sonra Hindistanın dünyanın ən izdihamlı ölkəsi olacağı görünür.
Əhalisinin sıxlığının ən aşağı səviyyədə olduğu ölkə isə 1 milyon 564 min 116 kvadrat kilometrlik sahədə təxminən 3 milyon insanın yaşadığı Monqolustandır.
Əhalisinin sıxlığına görə dünyanın 17-ci böyük ölkəsi mövqeyində olan Türkiyədə isə əhalinin 2023-cü ildə təxminən 87 milyon, 2040-ci ildə isə 100 milyon nəfərə çatacağı gözlənilir.
Proqnozlara görə, Türkiyənin əhalisi 2069-ci ilə qədər artaraq 107,6 milyon nəfər olacaq.




 
Bölməyə aid digər xəbərlər
21.07.2019
Misirdә Roma dövrünә aid antik şәhәr aşkar edilib
21.07.2019
Ekstrasensdən qorxunc xəbərdarlıq
20.07.2019
Aktyor Jean Claude Van Damme Bodruma səfər edib
20.07.2019
Beyinə faydalı olan qidalar
20.07.2019
Arxeoloqlar İsrail ərazisində qədim məscidin qalıqlarını tapıblar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info