“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları İlahiyyat İnstitutunu ziyarət ediblər
Tarix: 11.07.2019 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


İyulun 10-da “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları Azərbaycan İlahiyyat İnstitutunu (Aİİ) ziyarət ediblər.
İnstitutdan Trend-ə verilən məlumata görə, Aİİ rektoru Ceyhun Məmmədov qonaqları salamlayaraq, onları ali tədris müəssisəsində görməkdən məmnunluğunu ifadə edib. İnstitut rəhbəri ümummilli lider Heydər Əliyevin ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlər haqqında məlumat verib.
C.Məmmədov ulu öndər Heydər Əliyevin müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasətini hazırda Prezident İlham Əliyevin böyük uzaqgörənliklə davam etdirdiyini nəzərə çatdırıb. Qeyd edib ki, Azərbaycan İlahiyyat İnstitutunun yaradılması da bu siyasətin uğurlarının məntiqi davamıdır.
Ali təhsil müəssisəsi haqqında məlumat verən rektor vurğulayıb ki, İnstitutda təhsil tam ödənişsizdir. Belə ki, Aİİ-də təhsilalanlar dərslik, yemək, geyim, yataqxana xərcləri ilə təmin olunurlar.
C.Məmmədov bildirib ki, İnstitutda bütün dinlərin tarixi, inanc və ibadət sistemi tədris olunur. Eyni zamanda, ingilis və ərəb dilləri müasir metodlar əsasında – 4 dil bacarığının (oxuma, dinləmə, danışma, yazma) inkişafı istiqamətində tədris edilir.
Aİİ rektoru qeyd edib ki, İnstitut xarici ölkə universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır. İlahiyyat sahəsində ixtisaslaşmış bir çox xarici ölkə universitetləri ilə əməkdaşlıq protokollarının imzalandığını vurğulayan rektor diqqətə çatdırıb ki, əsas məqsəd qarşılıqlı mübadilə proqramları vasitəsilə tədris metodunun və təcrübənin öyrənilməsidir.
Simpozium iştirakçıları səmimi qarşılanmaya görə, Aİİ rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Həmçinin Azərbaycanda mövcud tolerant mühitin canlı şahidi olduqlarını qeyd ediblər. Vurğulanıb ki, Azərbaycanda mövcud dini tolerantlıq və mədəniyyətlərarası dialoq mühiti istiqamətində həyata keçirilən ardıcıl siyasətin hazırda bütün dünyada örnək kimi qəbul edilməsi təsadüfi deyil. Azərbaycan İlahiyyat İnstitutunun açılmasını, həmçinin burada bütün dinlərin tədris olunmasını yüksək qiymətləndiriblər.
Daha sonra qonaqlar Azərbaycan İlahiyyat İnstitutu ilə tanış olublar. Aİİ-nin fəaliyyət istiqamətləri, məqsədləri haqqında geniş məlumat verilib. Dərslərin müasir avadanlıqlarla tədris olunduğu diqqətə çatdırılıb. Aİİ-nin kitabxanasını ziyarət edən Simpozium iştirakçılarına burada 16000-dən çox kitabın mövcudluğu barədə məlumat verilib.
Görüşdə əməkdaşlıq əlaqələrinin qurulması, qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
16.07.2019
Bu il də məktəbəhazırlıq qruplarına qeydiyyat elektron qaydada aparılacaq
16.07.2019
Ali Baş Komandanın tapşırığına əsasən hərbi hissələr yoxlanılır
16.07.2019
Azərbaycan şəkər tozu ixracını artırıb
16.07.2019
“Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq olunmalıdır”
16.07.2019
Polşada böyük həcmdə yanacaq qaçaqmalçılığının qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info