“Kaspersky Lab” və İnterpol kibercinayətkarlıqla birgə mübarizə sahəsində əməkdaşlığa davam edir
Tarix: 11.07.2019 | Saat: 11:14:00 | E-mail | Çapa göndər


"Kaspersky Lab" şirkətinin baş direktoru Yevgeniy Kasperski və İnterpolun hüquq mühafizə orqanları ilə iş üzrə icraçı direktoru Tim Morris beş illik əməkdaşlıq müqaviləsi imzalayıblar. Müqaviləyə əsasən, "Kaspersky Lab" mütəxəssisləri İnterpola kibercinayətlərin araşdırılmasında yardım edəcək, zabitlər üçün təlimlər keçirəcək, şirkət tərəfindən aşkar edilmiş ən son kibertəhlükələr və onları araşdırmaq yolları barədə məlumatları təqdim edəcəklər. İmzalanma mərasimi İndoneziyada keçirilən “Interpol World 2019” konfransı çərçivəsində baş tutub. Bu, tərəflər arasında imzalanmış ikinci müqavilədir. Qeyd edək ki, ilk belə müqavilə 2014-cü ildə imzalanıb.
Bu müqavilə “Kaspersky Lab” və İnterpol əməkdaşlığını gücləndirir, çünki aktual məlumat və texnologiyaların təmin edilməsi vasitəsilə beynəlxalq hüquq mühafizə orqanına kibercinayətkarlıq faktlarının araşdırmasında dəstək verir.
"Mürəkkəb təhdidlərin sayı artıqca beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyəti də artır. Biz İnterpol ilə əməkdaşlığımızı davam etdirəcəyimizi sevinclə elan edir və bu təşkilata kibercinayətkarlıqla mübarizə üçün lazım olan məlumatları və texnologiyaları istifadə etmək imkanı yaradırıq.” deyə “Kaspersky Lab” şirkətinin baş direktoru Yevgeniy Kasperski bildirib.
Kibercinayətkarlıq sərhəd tanımır, buna görə "Kaspersky Lab" müntəzəm olaraq beynəlxalq İT təhlükəsizlik ictimaiyyətinin mütəxəssisləri, İnterpol kimi beynəlxalq təşkilatlar, hüquq mühafizə orqanları və kompüter hadisələrinə reaksiya mərkəzləri kimi beynəlxalq təşkilatlarla birgə əməliyyat və araşdırmalarda iştirak edir. Qorunma həlləri istehsalçıları arasında “Kaspersky Lab” ilk olaraq hüquq mühafizə orqanlarına pulsuz xidmət göstərdiyini elan edib, məqsəd – şirkətin hesabatlarının necə hazırlanması, eləcə də, onların kibercinayətkarlıq və ciddi kibertəlükələrlə mübarizə sahəsində necə yardım edə biləcəyi barədə məlumatlandırmanı artırmaqdan ibarətdir.
Daha ətraflı: https://media.kaspersky.com/en/kaspersky-lab-offering-assistance-to-law-enforcement.pdf.




 
Bölməyə aid digər xəbərlər
13.10.2019
MirHəsən Seyidov Türk Şurası Gənclər Platformasının prezidenti seçilib
13.10.2019
Mehriban Əliyeva: Yeniyetmə şahmatçımız Aydın Süleymanlının qalib olması xəbəri hər birimizə ancaq qürür və sevinc hissi yaşada bilər
12.10.2019
Paşinyanın terrorçuluğa kömək edənlərin qəhrəmanlaşdırılmasına dəstəyi Rusiyaya qarşı addımdır
12.10.2019
Azərbaycan Prezidentinin mətbuat katibi İlham Əliyev və Nikol Paşinyan arasında təmas barədə informasiyanı şərh edib
12.10.2019
Azərbaycan Prezidenti Paşinyanın faşist ideologiyasına dağıdıcı diplomatik zərbə endirdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
4 Ankarada “Buta Bakı“
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info