Cəfər Cəfərov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubiley medalı ilə təltif edilib
Tarix: 11.07.2019 | Saat: 12:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib. Qeyd edək ki, yubiley medalı iyulun 10-da Təhsil Nazirliyində bir qrup təhsil işçisinə, o cümlədən professor Cəfər Cəfərova təqdim edilib.
Rektor Cəfər Cəfərov medalın ona təqdim olunmasını rəhbərlik etdiyi ali təhsil müəssisəsinin kollektivinə verilən yüksək qiymət kimi dəyərləndirib və buna görə dövlət başçısına öz adından və universitetin kollektivi adından təşəkkür edib.
Məlumat üçün bildiririk ki, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı ilə Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin varisləri və Azərbaycan Xalq Cümhuriyyəti irsinin tədqiqində və təbliğində, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
26.01.2020
Bu gün doktorantura və dissertanturaya qəbul olmaq istəyənlər xarici dil üzrə imtahanı verir
26.01.2020
"Hakimiyyət formulu" və "Həyat formulu" kitabları təqdim olunub
25.01.2020
Bakıda sahibkar xanımlar üçün təcrübə klinikası təşkil edilib
25.01.2020
“Müəllimlər arasında ixtisas olimpiadası”nın final mərhələsi başa çatıb
24.01.2020
AzTU-da yeni təyinat

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11440

1 Batumidə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılıb
2 20 Yanvar münasibətilə Koreyada 400 nəfər imkansız insana yemək paylanılıb
3 Abşeronda kişi keçmiş arvadının boğazını kəsib
4 Çalışacağıq ki, futbol pərəstişkarları məmnun qalsınlar
5 Turizm şirkətlərinə mülki məsuliyyət sığortası tətbiq ediləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info