Paşinyanın reytinqi 53 faizə enib
Tarix: 11.07.2019 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


Sinqapurun idarəetmə fəlsəfəsinin əsasları olan meritokratiya, praqmatizm və dürüstlük bu gün yeni erməni liderinin prinsipləri olub. Məsələ bundadır ki, Nikol Paşinyan Sinqapur prezidenti Halima Yakob ilə görüşdə belə bir iddialı çıxışla yadda qalıb.
Ermənilərin «1in.am» saytı Paşinyanın çıxışındakı «səmimiyyətə» şübhə etməsə də, onun hakimiyyətdə olduğu müddətdə effektiv idarəetmədən danışmaq üçün kifayət qədər əsas olmadığını bildirir. Məsələ bundadır ki, Ermənistanda baş nazirin reytinqi ilə bağlı sosioloji sorğular da son günlər narahatlıq doğurmaqdadır. Belə ki, ölkədəki Beynəlxalq Respublika İnstitutu da Paşinyan barədə səsləndirilən bəzi optimist ifadələrə baxmayaraq, ölkədə ictimai narahatlıqların mövcud olduğunu və bunun hər an alovlana biləcəyini istisna etmir. Nikolun son dövrlər reytinqinin 72 -dən 53 faizə düşməsi artıq bir çox nüanslardan xəbər verməkdədir. Saytın yazdığına görə, hazırda hökumətin bənzər xüsusiyyətlərə sahib olduğunu qəbul etsək belə, bunun yalnız bir nəfərlə - baş nazir Nikol Paşinyanla bağlı olduğunu görəcəyik. Yəni belə bir təəssürat yaranır ki, inqilabı təkbaşına həyata keçirən Paşinyan bu gün hakimiyyəti də təkbaşına idarə edir. Bunu başqa sözlə ifadə etsək, klassik mənada bu gün Paşinyanın heç bir komandası yoxdur. Hazırda həm hökumət, həm də parlament yalnız hakimiyyəti, «super baş nazir» sistemini gizlətməyə çalışan bir maskadır. Doğrudur, inqilab dövründə Paşinyanla çiyin-çiyinə addımlayaraq, onun etibarına layiq görülən şəxslər bu gün erməni hakimiyyətində təmsil olunsalar da Paşinyanın Sinqapurda səsləndirdiyi meritokrat prinsipinə o qədər də uyğun gəlmirlər. Çünki meritokrat prinsipi, həm də ümumi bir baxışdır. Lakin unutmaq lazım deyil ki, ümumi bir baxışdan məhrum olan hazırkı hökumət nümayəndələrini hələ ki, “inqilabın xatirələri” birləşdirməkdədir. Bundan əlavə, Nikol Paşinyan inqilabi hakimiyyətin praqmatik olmadığını unudur. Əslində, bunu təkcə Ermənistanın deyil, digər inqilabi dövlətlərin də təcrübəsində görmək olar. Praqmatizm xüsusi bir proqramı, gündəmi, fəaliyyət sistemini əhatə edir. Lakin Paşinyanın hakimiyyətdə olduğu müddətdə ölkədə praqmatizmin hər hansı bir əlaməti müşahidə edilibmi? Təbii ki, yox! Lakin bütün bunlara baxmayaraq, cəmiyyət hələ də Nikol Paşinyana güvənməkdədir. Amma bunun sonsuzluğu hələ ki, şübhə altındadır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
16.09.2019
“Müəllim olmaq istəyənlərin sayı artır“
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info