İspaniyada Azərbaycan təhsili ilə bağlı görüş keçirilib
Tarix: 11.07.2019 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


08-12 iyul 2019-cu il tarixlərində İspaniya Krallığının Valensiya Politexnik Universitetində Azərbaycan nümayəndə heyəti ilə növbəti görüş keçirilib.
Valensiya Azərbaycanlıları Cəmiyyətinin sədri Mübariz İbrahimovun da iştirakı ilə Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində “Azərbaycan universitetlərində öyrənmə və təlimin təkmilləşdirilməsi - PETRA” layihəsi çərçivəsində baş tutub.
Təlimlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gəncə Dövlət Universitetinin, Xəzər Universitetinin və Slavyan Universitetinin əməkdaşları iştirak ediblər.
Təlimlərdə Azərbaycan Universitetləri ilə yanaşı Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Qazi Universiteti, Avstriya Respublikasının Vyana şəhərində yerləşən Vyana Tətbiqi Elmlər Universiteti, Macarıstan Respublikasının Debreken şəhərində yerləşən Debreken Universiteti və Finlandiya Respublikasının Jyvaskula şəhərində yerləşən Jyvaskula Universiteti tədbirdə tərəfdaş universitet qismində iştirak ediblər.
Təlimin təşkili layihənin iş paketinə uyğun olaraq tərəfdaş Azərbaycan universitetlərində “Təlim və Öyrənmə mərkəz”lərinin yaradılması və mövcud vəziyyəti eləcə də, görüləcək işlərin planının hazırlanmasıdır. Layihənin əsas məqsədi təlim və təhsildə innovativ metodlarla tədrisin təşkilinə dair beynəlxalq təcrübənin öyrənilməsi və layihədə tərəfdaş qismində üzv olan Azərbaycan universitetlərində tətbiqi nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, seminar keçirilən müddətdə Valensiya Politexnik Universitetinin təmsilçisi, layihənin koordinatoru Xavier Orozço və tərəfdaşlar layihənin gedişatında nəzərdə tutulan fəaliyyət planına uyğun olaraq mövcud vəziyyəti müzakirə edib gələcək fəaliyyəti planlaşdıblar.
Tərəfdaş universitetlərin nümayəndələri bu görüşdən əlavə olaraq Valensiya Politexnik Universiteti tərəfindən təşkil olunan “Education Change Forum 2019” forumunda iştirak ediblər. Forumda dünya təhsilində gedən proseslər, yeniliklər və bu sahə üzrə çatışmazlıqların həlli yolunda çıxışlar dinlənilib. Plenar iclasda Valensiya Politexnik Universitetinin rektoru Francisco Mora, ABŞ-ın Olin Kollecinin vitse-kansleri Vicente Manno, “Quanser” şirkətinin icraçı direktoru Paul Gilbert, İngiltərənin London şəhərində yerləşən London Universitetinin Təhsil şöbəsinin direktoru Liza Jones çıxış ediblər. Valensiya görüşü iyulun 12-nə qədər davam edəcəkdir.

Elnur Eltürk




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
İlahiyyat İnstitutunda ödənişsiz seminar təşkil olunacaq
23.10.2019
Akif Əlizadə istefa verdi
22.10.2019
Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri
22.10.2019
Azərbaycan Texniki Universitetində əməkhaqları artırılıb
22.10.2019
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info